12px13px15px17px
Tarix:02/03/15

Barselonada “WMC 2015” sərgisi başlayır

Bu gün Barselonada mobil rabitə rəhbərlərinin, satıcı və sahiblərinin iştirakı ilə dünyanın iri mobil "Mobile World Congress 2015" sənaye sərgisi və konqresi rəsmən start götürür.
     
Qarşıdakı il üçün mobil texnika istehsalçılarının işini ənənəvi olaraq stimullaşdıran tədbirdə 1,4 mindən çox şirkət və istehsalçı iştirak edir. Sərgidə mobil innovasiyalar, əyləncə, əlavələr, açıq mobil sistem və internet texnologiyalarının nümayiş olunması ilə yanaşı, bir sıra nəhəng korporasiya rəhbərlərinin çıxışları, habelə sahə üzrə seminarlar, forumlar və sessiyaların keçirilməsi  planlaşdırılır.     
 
Sərgi ərəfəsində əksər istehsalçılar 2015-ci ildə istehsala buraxılacaq yeni qurğuları artıq nümayiş etdiriblər. Bu il mobil qurğu istehsalçıları diqqətlərini yüksək məhsuldarlığa malik böyük ekranlı ikinüvəli və dördnüvəli smartfonlara yönəldiblər.
 
 



Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024