Tarix:02/03/15
Hər birinin çəkisi 2 ton təşkil edən aparatları ABŞ-ın “Boeing” aviaşirkəti iki peyk rabitəsi operatoru - Fransanın "Eutelsat” və Honkonqun "Asia Broadcast Satellite” şirkətləri üçün hazırlayıb.
“Boeing” elektrik mühərriklər - ion mühərriklər ilə təchiz edilən peykləri ilk dəfə olaraq orbitə göndərib. Bu yenilik aparatların çəkisini xeyli azaltmağa imkan verərək onların konstruksiyasından kimyəvi mühərrikli peyklər üçün lazım olan irihəcmli yanacaq çənlərini ləğv edib. Yeni aparatların istismar müddətinin 15 il təşkil edəcəyi və Şimali və Cənubi Amerika, Avropa, Yaxın Şərq və Afrika istehlakçılarını rabitə xidmətləri ilə təmin edəcəyi gözlənilir.
Buraxılışdan təxminən iki saat sonra peyklər növbə ilə raketdaşıyıcısından ayrılıb və manevrə başlayıb. Bir neçə aydan sonra onlar 36 min km hündürlükdə məqsədli orbitə çatacaq. Sonra mütəxəssislər aparatların sınaqlarını keçirəcəklər. Sınaqlar uğurlu olacağı halda onların istifadəyə verilməsi nəzərdə tutulur, - “TASS” yazır.
“SpaceX” şirkəti iki kommersiya telekommunikasiya peykini kosmosa çıxarıb
ABŞ-ın özəl “SpaceX” şirkəti bazar günü iki kommersiya telekommunikasiya peykini kosmosa çıxaran "Falcon 9” raketinin buraxılışını uğurla həyata keçirib. İkipilləli raketdaşıyıcısının startı ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral kosmodromu yaxınlığında yerləşən bazadan yerli vaxtla 22:50-də olub.Hər birinin çəkisi 2 ton təşkil edən aparatları ABŞ-ın “Boeing” aviaşirkəti iki peyk rabitəsi operatoru - Fransanın "Eutelsat” və Honkonqun "Asia Broadcast Satellite” şirkətləri üçün hazırlayıb.
“Boeing” elektrik mühərriklər - ion mühərriklər ilə təchiz edilən peykləri ilk dəfə olaraq orbitə göndərib. Bu yenilik aparatların çəkisini xeyli azaltmağa imkan verərək onların konstruksiyasından kimyəvi mühərrikli peyklər üçün lazım olan irihəcmli yanacaq çənlərini ləğv edib. Yeni aparatların istismar müddətinin 15 il təşkil edəcəyi və Şimali və Cənubi Amerika, Avropa, Yaxın Şərq və Afrika istehlakçılarını rabitə xidmətləri ilə təmin edəcəyi gözlənilir.
Buraxılışdan təxminən iki saat sonra peyklər növbə ilə raketdaşıyıcısından ayrılıb və manevrə başlayıb. Bir neçə aydan sonra onlar 36 min km hündürlükdə məqsədli orbitə çatacaq. Sonra mütəxəssislər aparatların sınaqlarını keçirəcəklər. Sınaqlar uğurlu olacağı halda onların istifadəyə verilməsi nəzərdə tutulur, - “TASS” yazır.
Baxış sayı: 499
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır