12px13px15px17px
Tarix:02/03/15

Genişzolaqlı rabitə təhsilin təmini üçün əsas şərtdir

BMT-nin Genişzolaqlı rabitə üzrə Komissiyasının fikrincə, mobil telefonlar, planşetlər və genişzolaqlı internetə qoşulma imkanına malik elektron qurğular hər yerdə, ilk növbədə ən yoxsul və ucqar cəmiyyətlərdə insanların keyfiyyətli, hər yerdə əlçatan, çoxprofilli təhsil imkanları ilə təmini üzrə uğur əldə edilməsində çoxdan gözlənilən universal variant kimi çıxış edə bilər.

"ICTnews" elektron xəbər xidməti “itu.int” saytına istinadən bildirir ki, YUNESKO-nun məlumatına əsasən, hazırda dünyada 60 milyondan çox ibtidai məktəb yaşlı uşaq məktəbə getmir və onların 50 faizindən çoxu heç vaxt məktəbə getməyəcək. Uşaqların yaşı artdıqca vəziyyət daha da pisləşir və 70 milyondan çox uşaq orta məktəbə getmir. Məktəb kompüterləri faydalı ola bilər, amma resursların çatışmazlığı kritik olaraq qalır. Məsələn, əgər İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatına daxil olan ölkələrdə orta hesabla səkkiz şagirdə bir məktəb kompüteri düşürsə, Afrikada 150 və daha çox şagird bir kompüterdən istifadə etmək məcburiyyətindədir. Amma indi müasir mobil qurğular böyük hesablama qabiliyyətinə malik olduğundan komissiya hesab edir ki, genişzolaqlı internetə qoşulma imkanına malik şəxsi simsiz qurğular bu problemin həllində kömək edəcək.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, mobil genişzolaqlı rabitə bəşəriyyət tarixində ən sürətlə inkişaf edən texnologiyadır. Hazırda mobil rabitə müqavilələrinin sayı planetin əhalisinin sayını (7 milyarddan çox) ötür və mobil genişzolaqlı rabitə üzrə aktiv müqavilələrin sayı 2,1 milyardı ötür ki, bu da kabel genişzolaqlı birləşməsindən (700 milyon) 3 dəfə çoxdur.

"Təhsil – bu, genişzolaqlı internetə qoşulmadan istifadənin ən vacib növlərindən biridir – BTİ-nin baş katibi Xoulin Çjao deyib. – Tarixdə ilk dəfə mobil genişzolaqlı rabitə bizə insanın coğrafi mövqeyindən, onun dil və mədəni mənsubiyyətindən və ya məktəb və nəqliyyat kimi infrastruktura çıxış imkanından asılı olmayaraq, hər kəsi maarifləndirməyə imkan verir".

Emil Hüseynov



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024