12px13px15px17px
Tarix:03/03/15

Bu gün telefonun yaradıcısı anadan olub

1847-ci il martın 3-də Edinburq şəhərində telefonun ixtiraçısı və "Bell Labs" şirkətinin təsisçisi Aleksandr Bell anadan olub. O, uşaqlıqdan elmlə maraqlanıb və məhz o zaman səs üzərində sınaqlara başlayıb.

1870-ci ildə ailəsi ilə birlikdə Kanadaya köçüblər. Bell səslə bağlı araşdırmalarına davam edirdi, hətta musiqini naqillə ötürən elektrik piano yaratmışdı. O, 1876-cı ildə telefonun ixtirasına görə patent alıb (başqa versiyaya görə, telefonun ixtiraçısı italyan əsilli amerikalı Antonio Meuççi sayılır).

İxtira mükəmməl deyildi: aparat vasitəsilə yalnız 250 metr məsafədə danışmaq mümkün idi. Buna görə də Bell qurğusunu daim təkmilləşdirməklə məşğul idi. O, tezliklə iki tərəfdaşı ilə birlikdə "Bell Company" telefon şirkətini təsis edir. Bu şirkətin yaradılması ABŞ-da telefoniyanın inkişafı və yeni telefon şirkətlərinin yaradılması ilə nəticələnir. 1900-cü ilədək ABŞ-da artıq 1,5 milyon telefon quraşdırılmışdı.

Aleksandr Bell 1922-ci il avqustun 2-də dünyasını dəyişib. İxtiraçının xatirəsinə hörmət əlaməti olaraq ABŞ-da telefon rabitəsi bir dəqiqəlik söndürülmüşdü.

Emil Hüseynov
 



Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024