Tarix:03/03/15
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "iVoice Enterprises" şirkəti 2007-ci ildə təsis edilib. 2008-ci ildə ABŞ korporasiyası Hindistanın Ticarət Markaları Reyestri ünvanına "iFon" markasını silmək xahişi ilə bağlı ərizə təqdim edib, çünki "iFon" markasının səslənməsi "iPhone" ilə çox oxşardır. Bundan sonra investor və tərəfdaşlar "iVoice Enterprises" şirkətini dəstəkləməkdən imtina ediblər və layihənin maliyyələşdirilməsini dayandırıblar.
"Biz hər kəs üçün əlçatan mobil telefonu buraxmaq istəyirdik, buna görə "India Phone" (iFon) seçilib" – şirkətin direktoru deyib. O bildirib ki, ticarət markasının qeydiyyatı üçün sorğu hələ 2007-ci ildə ("Apple" aparatlarının elanından əvvəl) verilib.
2010-cu ildə Hindistan şirkəti "iPhone" ticarət markasının Reyestrdən çıxarılması haqda qarşılıqlı iddia qaldırıb və 2013-cü ildə ticarət markalarının qeydiyyatı üçün ərizələrin verilməsi tarixinin təyini üçün rəsmi proseduru keçirməyi xahiş edib.
Emil Hüseynov
“iFon” telefonlarının istehsalçısı Hindistanda “iPhone” smartfonunu qadağan etməyi tələb edir
Ucuz "iFon" telefonlarının buraxılışı üzrə ixtisaslaşmış Hindistanın "iVoice Enterprises" şirkəti ölkə ərazisində "iPhone" satışını qadağan etmək qərarına gəlib. Şirkət Çin və Tayvanda öz qurğularının istehsalına başlamaq niyyətində olub, ancaq investorlar "Apple"ın Hindistana gəlişindən sonra bu layihəyə sərmayə qoymaqdan imtina ediblər."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "iVoice Enterprises" şirkəti 2007-ci ildə təsis edilib. 2008-ci ildə ABŞ korporasiyası Hindistanın Ticarət Markaları Reyestri ünvanına "iFon" markasını silmək xahişi ilə bağlı ərizə təqdim edib, çünki "iFon" markasının səslənməsi "iPhone" ilə çox oxşardır. Bundan sonra investor və tərəfdaşlar "iVoice Enterprises" şirkətini dəstəkləməkdən imtina ediblər və layihənin maliyyələşdirilməsini dayandırıblar.
"Biz hər kəs üçün əlçatan mobil telefonu buraxmaq istəyirdik, buna görə "India Phone" (iFon) seçilib" – şirkətin direktoru deyib. O bildirib ki, ticarət markasının qeydiyyatı üçün sorğu hələ 2007-ci ildə ("Apple" aparatlarının elanından əvvəl) verilib.
2010-cu ildə Hindistan şirkəti "iPhone" ticarət markasının Reyestrdən çıxarılması haqda qarşılıqlı iddia qaldırıb və 2013-cü ildə ticarət markalarının qeydiyyatı üçün ərizələrin verilməsi tarixinin təyini üçün rəsmi proseduru keçirməyi xahiş edib.
Emil Hüseynov
Baxış sayı: 653
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır