Tarix:03/03/15
BƏƏ peykinin buraxılması Yaponiya üçün artıq üçüncü kosmik start olacaq. Ölkə dünyanın aparıcı kosmik dövlətləri klubuna daxil olmağa çalışır. 2012-ci ildə yaponiyalı mütəxəssislər “H-2A” raketdaşıyıcısı vasitəsilə Cənubi Koreyanın “Ariran-3” müşahidə peykini orbitə çıxarıblar. Bu il üçün Kanadanın “Telstar 12” meteoroloji peykinin analoji raketdaşıyıcısı ilə buraxılışı planlaşdırılır.
Hazırda peyklərin kommersiya buraxılışının 80 faizini Rusiya və Avropa İttifaqı həyata keçirir. Yaponiyanın “H-2A” raketdaşıyıcısı mövcud analoqlarından 95 faiz yüksək etibarlığı ilə seçilir. Belə ki, 27 buraxılışdan yalnız biri uğursuz olub. Bununla belə, Yaponiyanın imkanları raket buraxılışlarının çox baha olmasına (hər raket buraxılışının dəyəri 85 milyon dollara yaxındır) görə məhduddur. Hazırda “Mitsubishi Heavy Industries Ltd.” raketdaşıyıcısının buraxılışı iki dəfə ucuz olacaq yeni versiyasını hazırlayır. “H-3” adlandırılacaq yeni nəsil raketin ilk startının 2020-ci ildə baş tutacağı gözlənilir, - “TASS” yazır.
Yaponiya beynəlxalq kommersiya kosmik buraxılışlar bazarında iştirakını genişləndirir
Yaponiyanın “Mitsubishi Heavy Industries Ltd.” korporasiyası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti ilə meteoroloji peykin buraxılışına dair saziş imzalayıb. “Kharifasat” adlanan aparatın 2017-ci ildə Yaponiyanın cənubundakı Taneqasima kosmodromundan buraxılması nəzərdə tutulur.BƏƏ peykinin buraxılması Yaponiya üçün artıq üçüncü kosmik start olacaq. Ölkə dünyanın aparıcı kosmik dövlətləri klubuna daxil olmağa çalışır. 2012-ci ildə yaponiyalı mütəxəssislər “H-2A” raketdaşıyıcısı vasitəsilə Cənubi Koreyanın “Ariran-3” müşahidə peykini orbitə çıxarıblar. Bu il üçün Kanadanın “Telstar 12” meteoroloji peykinin analoji raketdaşıyıcısı ilə buraxılışı planlaşdırılır.
Hazırda peyklərin kommersiya buraxılışının 80 faizini Rusiya və Avropa İttifaqı həyata keçirir. Yaponiyanın “H-2A” raketdaşıyıcısı mövcud analoqlarından 95 faiz yüksək etibarlığı ilə seçilir. Belə ki, 27 buraxılışdan yalnız biri uğursuz olub. Bununla belə, Yaponiyanın imkanları raket buraxılışlarının çox baha olmasına (hər raket buraxılışının dəyəri 85 milyon dollara yaxındır) görə məhduddur. Hazırda “Mitsubishi Heavy Industries Ltd.” raketdaşıyıcısının buraxılışı iki dəfə ucuz olacaq yeni versiyasını hazırlayır. “H-3” adlandırılacaq yeni nəsil raketin ilk startının 2020-ci ildə baş tutacağı gözlənilir, - “TASS” yazır.
Baxış sayı: 745
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır