Tarix:03/03/15
30 İT mütəxəssisin iştirakı ilə baş tutmuş treninq Rusiyadan xüsusi dəvət olunmuş “Microsoft”un tədris proqramları üzrə təlimçisi Valeri Yefremov tərəfindən keçirilib.
Tədbir iştirakçılarına “Office 365” haqqında danışan V. Yefremov qeyd edib ki, bu xidmət istənilən miqyasda fəaliyyət göstərən şirkətlərdə səmərəliyin artırılması üçün bulud xidmətlərindən faydalanmağa şərait yaradır. “Office 365” xidməti pul və vaxta qənaət etməklə yanaşı, dəyərli resursların qorunub saxlanması, həmçinin istənilən yerdə fərdi kompüter, planşet və ya smartfon vasitəsilə sənədlərlə işləmək imkanını yaradır.
“Qlobal iqtisadi böhran şəraitində şirkətlərin infrastruktur üzrə xərcləri bəzi hallarda əlavə yükə çevrilir və büdcəyə yenidən baxılması zərurəti yaranır. Bu baxımdan “Office 365” istənilən sifarişçi şirkətin ehtiyaclarını qarşılayacaq maksimal dərəcədə çevik bir həll yoludur. Kiçikmiqyaslı bir şirkət il ərzində az miqdarda vəsait xərcləməklə şirkətə gərəkli olan proqram və xidmətlərdən yararlana bilər. İri kompaniyalar isə büdcənin yenidən təşkili ilə proqram təminatına olan xərcləri azalda bilərlər. Hazırkı dövrdə dünyanın aparıcı 100 şirkətindən 41-i səmərəliliyin yüksəldilməsi məqsədilə “Microsoft”un bulud xidmətlərindən istifadə edir”, - deyə V.Yefremov bildirib.
Bundan başqa, V.Yefremov qeyd edib ki, “Microsoft” korporasiyası buludda saxlanılan məlumatların təhlükəsizliyinə zəmanət verir.
Tədbirin ikinci hissəsində “Microsoft Azure” bulud texnologiyası, burada olan 300-ə yaxın İT xidmətlər, tərəfdaşlar üçün olan yeniliklər, imkanlar və üstünlüklər haqqında məlumat verilib. “AzureTrustCenter” – bulud xidmətinin təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiqləyən dəlillər, eləcə də “AzureCalculator” – təqdim edilən xidmətlərin istifadəsindən əvvəl qiyməti müəyyənləşdirməyə imkan verən alət nümayiş etdirilib. Dünya təcrübəsində “Azure”dan istifadə ssenariləri kimi “DisasterRecoverySite”, “AzureBackup”, “AzureStorage”, “Sınaq mühiti” və s. olması haqqında nümunələr göstərilib. “Azure” tək “Microsoft”un deyil, həmçinin “OpenSource” olan digər sistemləri də dəstəklədiyi bildirilib.
Qeyd edək ki, “Office 365” xidməti “Microsoft”un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını (“Exchange Online”, “SharePoint Online” və “LyncOnline”) “Office Professional Plus” ofis əlavələri paketi vasitəsilə özündə birləşdirir. Servisə illik abunə olan istifadəçilər bütün proqram və xidmətlərin ən son versiyalarından yararlana bilərlər. Hər bir abunəçi “Office 365”-dən beş qurğuda istifadə edə bilər.
Bakıda “Microsoft”un bulud xidmətlərinin satışının əsasları» mövzusunda treninq keçirilib
“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda İT mütəxəssislər üçün “Microsoft”un bulud xidmətlərinin satışının əsasları” mövzusunda treninq keçirilib.30 İT mütəxəssisin iştirakı ilə baş tutmuş treninq Rusiyadan xüsusi dəvət olunmuş “Microsoft”un tədris proqramları üzrə təlimçisi Valeri Yefremov tərəfindən keçirilib.
Tədbir iştirakçılarına “Office 365” haqqında danışan V. Yefremov qeyd edib ki, bu xidmət istənilən miqyasda fəaliyyət göstərən şirkətlərdə səmərəliyin artırılması üçün bulud xidmətlərindən faydalanmağa şərait yaradır. “Office 365” xidməti pul və vaxta qənaət etməklə yanaşı, dəyərli resursların qorunub saxlanması, həmçinin istənilən yerdə fərdi kompüter, planşet və ya smartfon vasitəsilə sənədlərlə işləmək imkanını yaradır.
“Qlobal iqtisadi böhran şəraitində şirkətlərin infrastruktur üzrə xərcləri bəzi hallarda əlavə yükə çevrilir və büdcəyə yenidən baxılması zərurəti yaranır. Bu baxımdan “Office 365” istənilən sifarişçi şirkətin ehtiyaclarını qarşılayacaq maksimal dərəcədə çevik bir həll yoludur. Kiçikmiqyaslı bir şirkət il ərzində az miqdarda vəsait xərcləməklə şirkətə gərəkli olan proqram və xidmətlərdən yararlana bilər. İri kompaniyalar isə büdcənin yenidən təşkili ilə proqram təminatına olan xərcləri azalda bilərlər. Hazırkı dövrdə dünyanın aparıcı 100 şirkətindən 41-i səmərəliliyin yüksəldilməsi məqsədilə “Microsoft”un bulud xidmətlərindən istifadə edir”, - deyə V.Yefremov bildirib.
Bundan başqa, V.Yefremov qeyd edib ki, “Microsoft” korporasiyası buludda saxlanılan məlumatların təhlükəsizliyinə zəmanət verir.
Tədbirin ikinci hissəsində “Microsoft Azure” bulud texnologiyası, burada olan 300-ə yaxın İT xidmətlər, tərəfdaşlar üçün olan yeniliklər, imkanlar və üstünlüklər haqqında məlumat verilib. “AzureTrustCenter” – bulud xidmətinin təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiqləyən dəlillər, eləcə də “AzureCalculator” – təqdim edilən xidmətlərin istifadəsindən əvvəl qiyməti müəyyənləşdirməyə imkan verən alət nümayiş etdirilib. Dünya təcrübəsində “Azure”dan istifadə ssenariləri kimi “DisasterRecoverySite”, “AzureBackup”, “AzureStorage”, “Sınaq mühiti” və s. olması haqqında nümunələr göstərilib. “Azure” tək “Microsoft”un deyil, həmçinin “OpenSource” olan digər sistemləri də dəstəklədiyi bildirilib.
Qeyd edək ki, “Office 365” xidməti “Microsoft”un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını (“Exchange Online”, “SharePoint Online” və “LyncOnline”) “Office Professional Plus” ofis əlavələri paketi vasitəsilə özündə birləşdirir. Servisə illik abunə olan istifadəçilər bütün proqram və xidmətlərin ən son versiyalarından yararlana bilərlər. Hər bir abunəçi “Office 365”-dən beş qurğuda istifadə edə bilər.
Baxış sayı: 677
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır