12px13px15px17px
Tarix:04/03/15

“Gartner”: Smartfon bazarında lider dəyişdi

“Gartner” tədqiqat şirkəti qlobal smartfon bazarına yekun vurub. Ekspertlər satış rekordu və liderin dəyişməsini qeyd ediblər.

2014-cü ilin dördüncü rübü üzrə qiymətləndirməyəəsasən, "ağıllı" telefonların qlobal satış həcmi 367,5 milyon təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 29,9 faiz daha yüksəkdir. 2014-cü ilin nəticəsinə görə, 1,2 milyard telefon satılıb ki, bu da 2013-cü illə müqayisədə 28,4 faiz daha yüksəkdir. Mobil telefon satışının 66 faizi smartfonların payına düşüb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gartner” analitik şirkəti sahə üzrə liderin dəyişməsini qeyd edib. 2011-ci ildən etibarən “Samsung” ən böyük smartfonsatıcısı idi, amma 2014-cü ilin on rübündə “Apple” korporasiyası liderliyi ələ keçirib. Sonuncu 74,8 milyon “iPhone” smartfonu satıb. “Samsung” şirkətində bu göstərici 73 milyon olub.

“Gartner”in analitiki AnşulQupta bildirib ki, “Samsung”un bazar payının 10 faiz azalması Cənubi Koreya şirkətinin bahalı modellərinin satışında çətinlik yaşadığını göstərir. Bahalı modellər seqmentində “Apple” liderdir, Çin şirkətləri isə keyfiyyətli elektron içliklə təchiz edilmiş ucuz qurğular təklif edir – “Gartner”in tədqiqatlar üzrə direktoru RobertKozzadeyib.

2014-cü ilin nəticəsinə görə, “Samsung” şirkəti 307,6 milyon qurğu satmaqla smartfon seqmentində lider olaraq qalıb.

Liderlər üçlüyünə, həmçinin“Lenovo” daxil olub.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024