Tarix:05/03/15
“Kantar” tədqiqat şirkəti 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarına olan dövrdə Avropada mobil əməliyyat sisteminin yayılmasını göstərən hesabat dərc edib. Bu informasiya satılmış qurğuların həcminə əsaslanır.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, satılmış “Android” smartfonların payı 67,2 faiz təşkil edib ki, bu da bir il əvvəl müvafiq dövrlə müqayisədə 2.3 faiz aşağıdır. “iOS” mobil platforması, əksinə, 3,2 faizlik artım göstərib. “Windows Phone” platforması öz mövqeyini yaxşılaşdırıb: bazar payı 9,6 faizə (ötən il 9.4 faiz olub) çatıb. Lakin “Microsoft”un mobil platforması əvvəlki kimi ən yaxın rəqibdən iki dəfə geri qalır.
Tədqiqatın nəticələrinə əsasən, “iOS” mobil platformasının bazar payı üzrə ən böyük artım Böyük Britaniya (+11,4 faiz) və İtaliyada (+5,7 faiz) qeydə alınıb, yalnız Yaponiya (–7,3 faiz) və Fransada (-2 faiz) azalma olub. “Android” mobil platformasının bazar payı üzrə ən böyük artım Yaponiyada (+5,8 faiz), nəzərəçarpacaq azalma Avstraliyada (-10,8 faiz) qeydə alınıb.
Yaponiya yeganə ölkədir ki, “iOS” platforması “Android”i ötür. Çində “iOS” mobil sisteminin bazar payı 25 faizədək artıb.
Emil Hüseynov
“Kantar”: “Apple” Avropada iştirakını genişləndirir
“Kantar Worldpanel” tədqiqat şirkətinin hesabatına əsasən, “iPhone 6” və “iPhone 6 Plus” qurğularının uğurlu satışı fonunda Avropanın böyük ölkələrinin bazarında “iOS” platformasının bazar payı artmağa davam edir.“Kantar” tədqiqat şirkəti 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarına olan dövrdə Avropada mobil əməliyyat sisteminin yayılmasını göstərən hesabat dərc edib. Bu informasiya satılmış qurğuların həcminə əsaslanır.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, satılmış “Android” smartfonların payı 67,2 faiz təşkil edib ki, bu da bir il əvvəl müvafiq dövrlə müqayisədə 2.3 faiz aşağıdır. “iOS” mobil platforması, əksinə, 3,2 faizlik artım göstərib. “Windows Phone” platforması öz mövqeyini yaxşılaşdırıb: bazar payı 9,6 faizə (ötən il 9.4 faiz olub) çatıb. Lakin “Microsoft”un mobil platforması əvvəlki kimi ən yaxın rəqibdən iki dəfə geri qalır.
Tədqiqatın nəticələrinə əsasən, “iOS” mobil platformasının bazar payı üzrə ən böyük artım Böyük Britaniya (+11,4 faiz) və İtaliyada (+5,7 faiz) qeydə alınıb, yalnız Yaponiya (–7,3 faiz) və Fransada (-2 faiz) azalma olub. “Android” mobil platformasının bazar payı üzrə ən böyük artım Yaponiyada (+5,8 faiz), nəzərəçarpacaq azalma Avstraliyada (-10,8 faiz) qeydə alınıb.
Yaponiya yeganə ölkədir ki, “iOS” platforması “Android”i ötür. Çində “iOS” mobil sisteminin bazar payı 25 faizədək artıb.
Emil Hüseynov
Baxış sayı: 633
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır