Azərbaycan Qadınlarının İKT Klubu görüş keçirəcək
Klubun təsisçiləri 2015-ci il üçün nəzərdə tutulmuş iş planını qəbul edəcək, gənclər və xüsusilə qızlar arasında informasiya və kommunikasiya texnologiyaları sektorunu təşviq etmək məqsədilə orta məktəb və universitetlərdə maarifləndirici proqramlardan ibarət bir sıra ictimai tədbirlər fəaliyyətini təyin edəcəklər.
Görüşdə həmçinin klubun yeni İnternet saytının dizayn və konsepsiyasının təsdiq edilməsi və təşkilatın sıralarına yeni üzvlərin qəbul edilməsi nəzərdə tutulub.
“FEMMES DİGİTALES” klubu yeni yaransa da, artıq dövlət və özəl təşkilatların aparıcı vəzifələrində çalışan qadınlar, eləcə də ölkənin İKT sahəsində karyera qurmağı hədəfləyən gənc qızlar arasında geniş populyarlıq qazanıb.
Qarşıdan gələn bayramlar münasibəti ilə klubun bütün üzvlərinə Azərbaycanın qabaqcıl texnologiyası sayılan, mobil telefonun köməyi ilə rəqəmsal şəxsiyyət vəsiqəsi və imzalama funksiyasını yerinə yetirərək bütün elektron xidmətlərə giriş imkanı verən “Asan İmza” hədiyyə ediləcək. Hədiyyəni əldə edən iştirakçılara gündəlik həyatda “Asan İmza”dan necə və harada istifadə edilməsinə dair praktik təqdimat da nümayiş olunacaq.
Bundan başqa görüşdə klub təsisçilərinin peşəkar fəaliyyətləri və həyat yolunu əks etdirən sənədli videosüjetlərin hazırlanmasına dair xüsusi layihənin müzakirə olunması da planlaşdırılır.
Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, AGAT, İTECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, “Cybernet”, BestComp, İnfipro, Milli Kart və Azərbaycanın digər müxtəlif təşkilat və şirkətlərində aparıcı vəzifələrdə çalışan qadınlar təmsil olunur.
Xatırladaq ki, klubun yaradılmasında əsas məqsəd təsisçilərin öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların və qızların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq səylərini artırmaq, gündəlik həyatlarında informasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmağı öyrətmək və texnologiyaların nə qədər azadlıq və yeni imkanlar gətirdiyini, vaxta qənaət etdirdiyini gənc qızlara anlatmaqdan ibarətdir.
Baxış sayı: 972
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır