12px13px15px17px
Tarix:05/03/15

“IBM” şirkəti Azərbaycan bazarında iştirakının üçrəqəmli artımını proqnozlaşdırıb

“IBM” şirkəti yaxın zamanda  Azərbaycan bazarında iştirakını dəfələrlə artırmaq niyyətindədir.
 
Şirkətin  Azərbaycan nümayəndəliyinin rəhbəri İlya Kravsovun “ICTnews”  xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkətin yerli bazarda fəaliyyəti əsasən korporativ seqmenti əhatə edəcək.
 
“Bizim əsas hədəfimiz dövlət qurumları, bank və maliyyə sektorudur. Yaxın illər ərzində biz Azərbaycan bazarında iştirakımızı dəfələrlə artırmaq niyyətindəyik və deyə bilərəm ki, bu artım hətta üçrəqəmli ola bilər”, - deyə o qeyd edib.
 
İ. Kravsovun sözlərinə əsasən,  “IBM” Azərbaycan bazarında 2000-ci ildən etibarən iştirak edir və bu müddət ərzində yerli tərəfdaşları sayəsində şirkətin müştərilərinin sayı yetərincə artıb.
 
“Bizim gələcək planlarımız müştərilər tərəfindən getdikcə daha çox tələbat doğuran bulud texnologiyalarının yerli bazarda inkişafına və tətbiqinə nail olmaqdır. Bizim şirkət bu yaxınlarda bulud və proqram təyinatlı mühitlərin yaradılması texnologiyalarının hazırlanmasını nəzərdə tutan 1 milyard dəyərində 5 illik layihə təqdim edib və biz əminik ki, bu yeni məhsulların yaradılması öz effektini göstərəcək. Bununla yanaşı, korporativ müştərilərin böhran dövründə tələblərini nəzərə alaraq, xərclərin optimallaşdırılmasına və biznes fəaliyyətinin effektivliyinin artırılmasına imkan verən texnologiyaları geniş çeşiddə yerli bazarda təqdim etmək niyyətindəyik. Bank sektoru üçün xüsusi biznes analitika və korporativ məlumatların saxlanılması üzrə məhsullarımızı təqdim etməyə hazırıq”,- deyə o qeyd edib.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024