Tarix:06/03/15
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Project Morpheus” qurğusu "Playstation Camera" kamerası və “PS Move” kontrollerləri ilə əlaqəli işləyən şlemdir. "Playstation Camera" kamerası və “PS Move” kontrollerləri insanın məkandakı hərəkətlərini və vəziyyətini qeydə alırlar. Aksessuarın daxilində 1920x1080 təsvir ölçülü 5,7 düym diaqonallı ekran yerləşir. Baxış bucağı 90 dərəcə təşkil edir və “Sony” şirkətinin istehsalçıları əmin edirlər ki, bu, virtual reallıq dünyasına köklənmək üçün kifayət edir. Şlem “Playstation 4” əlavəsinə “USB” kabelin köməyi ilə qoşulur.
Hazırda “Sony” şirkəti üçün virtual reallıq sahəsində əsas rəqiblər "Valve" və “Oculus VR” şirkətləri olacaq. Ancaq Yaponiya şirkəti “Project Morpheus” şleminə böyük ümid bəsləyir, çünki yeni qurğu "Playstation 4" əlavəsi ilə qarşılıqlı əlaqədə olacaq.
Emil Hüseynov
“Sony” öz virtual reallıq şlemini nümayiş etdirib
“Sony” şirkətinin “Project Morpheus” adlı virtual reallıq şlemi 2016-cı ilin birinci yarısında satışa çıxarılacaq. Korporasiyanın nümayəndələri San-Fransiskoda (Kaliforniya ştatı) keçirilmiş tədbirdə bu qurğunu nümayiş etdirib. İstehsalçılar əmin ediblər ki, bu qurğunun sayəsində virtual reallıq dünyasına baxış imkanı mümkün olacaq."ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Project Morpheus” qurğusu "Playstation Camera" kamerası və “PS Move” kontrollerləri ilə əlaqəli işləyən şlemdir. "Playstation Camera" kamerası və “PS Move” kontrollerləri insanın məkandakı hərəkətlərini və vəziyyətini qeydə alırlar. Aksessuarın daxilində 1920x1080 təsvir ölçülü 5,7 düym diaqonallı ekran yerləşir. Baxış bucağı 90 dərəcə təşkil edir və “Sony” şirkətinin istehsalçıları əmin edirlər ki, bu, virtual reallıq dünyasına köklənmək üçün kifayət edir. Şlem “Playstation 4” əlavəsinə “USB” kabelin köməyi ilə qoşulur.
Hazırda “Sony” şirkəti üçün virtual reallıq sahəsində əsas rəqiblər "Valve" və “Oculus VR” şirkətləri olacaq. Ancaq Yaponiya şirkəti “Project Morpheus” şleminə böyük ümid bəsləyir, çünki yeni qurğu "Playstation 4" əlavəsi ilə qarşılıqlı əlaqədə olacaq.
Emil Hüseynov
Baxış sayı: 566
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır