12px13px15px17px
Tarix:06/03/15

İsveç şirkəti ahıllar və gözdən əlillər üçün telefon təqdim edib

İsveçin yaşlı və əlil insanlar üçün telefon istehsalında ixtisaslaşan “Doro” şirkəti Barselonada keçirilən “Mobile World Congress 2015” mobil sənaye sərgisində korlar və zəif görənlər üçün iki yeni telefon təqdim edib.
 
Qurğuların düymələrində xüsusi interfeys, eləcə də “tam danışan interfeys” (telefonda bütün komandalar səslə verildikdə) yer alıb. Bundan başqa, mütəxəssislər həm məqsədli qrup nümayəndələrinin, həm yaşlı istifadəçilərin, həm də qohumların həyatını xeyli asanlaşdıran xüsusi əlavə hazırlayıblar.  
 
Məsələn, “Mənim doro menecerim” əlavəsi nəvələrə məsafədən nənənin telefonunda funksiyaları dəyişməyə və “qeydiyyat kitabçası”nı redaktə etməyə imkan verir. 
 
Digər proqram - “Əlaqə və qulluq” (Connect&Care) bu ilin yazında bazara çıxarılacaq. Proqram “qohumlar şəbəkəsi” yaratmağa imkan verir, eləcə də onları telefona uzun müddət zəngin gəlməməsi barədə xəbərdar edir (aparat sahibinin başına nəsə gələ biləcəyi halda), aparatın olduğu yeri müəyyənləşdirir. 
 
Şirkət nümayəndələri qeyd edirlər ki, bir sıra adi telefon istehsalçıları menyuya yalnız əsas funksiyaları aktiv edən, mürəkkəbləri isə söndürən “easy mode” (sadə rejim) funksiyasını daxil edir. “Doro” mütəxəssislərinin fikrincə, istifadə edilməyən funksiyaya görə ödəniş etmək mənasızdır.  
 
Bu yanaşma şirkət məhsullarının konsepsiyasını təşkil edir, - “TASS ” yazır.



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024