12px13px15px17px
Tarix:06/03/15

İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında TASİM layihəsinin təqdimatı keçirilib

1-5 mart tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 25-ci iclasında Azərbaycan Respublikasını geniş tərkibli nümayəndə heyəti təmsil edib.
 
 Heyət tərkibində olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Şuranın Nəqliyyat və Rabitə Komitəsinin iclaslarında iştirak edib.  Qeyd olunan iclaslar zamanı bir sıra layihələrə dair geniş müzakirələr aparılmış, təşkilatın fəaliyyətinə dair qərarlar qəbul edilmiş və Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin təqdimatı keçirilib.
 
 
 RYTN BƏŞ-in aparıcı məsləhətçisi Abbas Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının katibliyi və quruma üzv olan Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan ölkələrinin nümayəndələri qarşısında TASİM layihəsinin təqdimatını keçirmişdir.
 
“Yeni geosiyasi reallıqda TASİM-in rolu” adlı təqdimatda bu layihənin Azərbaycanın təşəbbüsü olduğu, Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənməsi, Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olması və BMT Baş Assambleyasının qətnamələri ilə siyasi dəstəkləndiyi haqqında məlumat verilib.
 
Təqdimatın sonunda təşkilatın katibliyi və üzv ölkələr TASİM layihəsini dəstəkləməyə çağırılıb.  
 



Baxış sayı: 1100

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024