Tarix:06/03/15
"Bir faktı unutmaq lazım deyil ki, məhz operatorlar internet dünyasında real inkişafı təmin edir" – Zukerberq bildirib. Bununla belə, bir çoxları qeyd edir ki, "Facebook"un direktorunun çoxmilyardlı auditoriyanın internetə çıxışını təmin etmək cəhdi operatorların gəlirlərinin azalmasına səbəb olur.
Zukerberq deyib ki, mobil şəbəkələrin qurulması üzrə işlər böyük xərc tələb edir və yeganə çıxış yolu operatorların biznesinin sürətli artımıdır. "Telenor Group", "Millicom International Cellular" və "Airtel" operatorlarının direktoru Zukerberqin təşəbbüsünü dəstəkləyib. Bu şirkətlər abunəçilərə "Facebook" tərəfindən hazırlanmış, yerli hava və başqa faydalı məlumatları əldə etməyə imkan verən "Internet.org" mobil proqramına ödənişsiz giriş imkanı verir.
"ICTnews" elektron xəbər xidməti "vedomosti.ru" saytına istinadən bildirir ki, "Airtel Africa"nın baş direktoru Kristian De Faria deyib ki, son ildə onun şirkətinin "Facebook"la münasibətləri uğurla inkişaf edib və "Internet.org" sayəsində operator yeni müştərilər cəlb edə bilib. "Millicom"un rəhbərlərindən biri Mairo Zanotti deyib ki, "Internet.org" üzrə birgə layihənin işə salınmasından sonra onun şirkəti Tanzaniyada smartfon satışını 10 dəfə artırıb.
Amma operator və internet şirkətlər arasında fikir ayrılığı qalır. "Telenor" şirkətinin baş direktoru Yon Fredrik Baksaas bildirib ki, ötən il "Facebook" şirkətinin "WhatsApp" messencerini satın alması bizi təşvişə salıb, çünki mətn mesajları ilə mübadilə əvvəlki kimi bizim üçün mühüm gəlir mənbəyidir. – Operatorlar "Internet.org" təşəbbüsünə qoşulmaqla bağlı düşünüblər. Heç kim öz evinin açarını rəqibə verməyə razılaşmaz".
Zukerberq etiraf edib ki, belə narahatlığa əsas var və məhz buna görə "Internet.org" xidmətinə internet-telefoniya daxil edilməyib. Əks təqdirdə mobil operatorların biznesinə zərər dəyərdi.
Emil Hüseynov
Zukerberq rabitə operatorlarının gəlirinin artımını saxlamaq zərurətini vurğulayıb
Əksər mobil rabitə operatorlarının fikrincə, onların biznesinə zərər vuran "Facebook" şirkətinin baş direktoru Mark Zukerberq tənqidçilərlə ümumi dil tapmağa çalışır. Barselonada keçirilmiş telekommunikasiya konfransında çıxış etmiş Zukerberq etiraf edib ki, dünyada internetin hər yerdə əlçatanlığının təmini yalnız operatorların gəlirinin artımı halında mümkündür."Bir faktı unutmaq lazım deyil ki, məhz operatorlar internet dünyasında real inkişafı təmin edir" – Zukerberq bildirib. Bununla belə, bir çoxları qeyd edir ki, "Facebook"un direktorunun çoxmilyardlı auditoriyanın internetə çıxışını təmin etmək cəhdi operatorların gəlirlərinin azalmasına səbəb olur.
Zukerberq deyib ki, mobil şəbəkələrin qurulması üzrə işlər böyük xərc tələb edir və yeganə çıxış yolu operatorların biznesinin sürətli artımıdır. "Telenor Group", "Millicom International Cellular" və "Airtel" operatorlarının direktoru Zukerberqin təşəbbüsünü dəstəkləyib. Bu şirkətlər abunəçilərə "Facebook" tərəfindən hazırlanmış, yerli hava və başqa faydalı məlumatları əldə etməyə imkan verən "Internet.org" mobil proqramına ödənişsiz giriş imkanı verir.
"ICTnews" elektron xəbər xidməti "vedomosti.ru" saytına istinadən bildirir ki, "Airtel Africa"nın baş direktoru Kristian De Faria deyib ki, son ildə onun şirkətinin "Facebook"la münasibətləri uğurla inkişaf edib və "Internet.org" sayəsində operator yeni müştərilər cəlb edə bilib. "Millicom"un rəhbərlərindən biri Mairo Zanotti deyib ki, "Internet.org" üzrə birgə layihənin işə salınmasından sonra onun şirkəti Tanzaniyada smartfon satışını 10 dəfə artırıb.
Amma operator və internet şirkətlər arasında fikir ayrılığı qalır. "Telenor" şirkətinin baş direktoru Yon Fredrik Baksaas bildirib ki, ötən il "Facebook" şirkətinin "WhatsApp" messencerini satın alması bizi təşvişə salıb, çünki mətn mesajları ilə mübadilə əvvəlki kimi bizim üçün mühüm gəlir mənbəyidir. – Operatorlar "Internet.org" təşəbbüsünə qoşulmaqla bağlı düşünüblər. Heç kim öz evinin açarını rəqibə verməyə razılaşmaz".
Zukerberq etiraf edib ki, belə narahatlığa əsas var və məhz buna görə "Internet.org" xidmətinə internet-telefoniya daxil edilməyib. Əks təqdirdə mobil operatorların biznesinə zərər dəyərdi.
Emil Hüseynov
Baxış sayı: 711
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır