12px13px15px17px
Tarix:06/03/15

“Genişzolaqlı internetin inkişafı” üzrə layihənin icrası üçün ilk 15 milyon dollara yaxın sərmayə cəlb edilib

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Genişzolaqlı internetin inkişafı" layihəsinin icrası üçün ilk 15 milyon dollara yaxın sərmayə cəlb edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu layihənin əsas mahiyyəti fiber-optik kabel üzərində internetə çıxışı olmayan kəndlərin ümumi şəbəkəyə qoşulmasından ibarətdir.
 
"Hazırda kəndlərimizin 50%-i artıq fiber-optik kabel şəbəkəsi ilə əhatə olunub və yalnız qalan 50%-nin bu şəbəkəyə qoşulmasına ehtiyac var. Bildiyiniz kimi, Azərbaycan Neft Fondu bu il qeyd edilən layihənin icrasına xarici mənbələrdən vəsaitlərin cəlb edilməsini daha məqsədəuyğun hesab edib. Artıq tələb olunan vəsaitin bir hissəsi cəlb olunub və bu istiqamətdə işlər gedir. Hazırda beynəlxalq təşkilatlarla, iri şirkətlərlə bu istiqamətdə danışıqlar aparılır. Biz güman edirik ki, bu danışıqlar uğurlu olacaq, çünki bu layihə iqtisadi cəhətdən səmərəlidir", - deyə nazir müavini qeyd edib.
 
Aynur Vəliyeva




Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024