Tarix:07/03/15
Bir neçə gün sonra "Sony" şirkəti də yığcam disk hazırladığını bəyan edib. Sonuncu "Philips" şirkəti ilə eyni vaxtda informasiyanın saxlanılması üçün yeni və daha etibarlı üsul üzərində iş aparırdı.
İlk təqdim edilmiş yığcam disk prototipləri mükəmməllikdən uzaq olduğuna görə, "Sony" və "Philips" şirkətləri səylərini birləşdiriblər. Hər iki şirkətin birgə hazırladığı yığcam diskin diametri 12 santimetr olub və diskə 650 meqabayt tutumunda informasiya yazmaq mümkün idi.
"Philips" və "Sony" şirkətləri daşıyıcını 1983-cü ilin martında təqdim ediblər. "CD" pleyerlərin qiyməti baha olduğundan ilk vaxtlar disklərin satış həcmi aşağı olub. Bununla belə, 1988-ci ilədək dünyada 400 milyondan çox yığcam disk satılıb.
Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun məlumatına əsasən, "CD" ilk kütləvi rəqəmli məhsul olub. 2000-ci illərin əvvəllərindən internetin inkişafı və "mp3" adlanan rəqəmli formatın yaradılması nəticəsində bu tip daşıyıcıların populyarlığı azalmağa başlayıb.
Emil Hüseynov
İlk "CD" prototipi nümayiş etdirilib
1979-cu il martın 8-də "Philips" şirkəti Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunda ilk yığcam disk prototipini nümayiş etdirib. Şirkət bu diskin hazırlanmasında lazer texnologiyasından istifadə etmişdi. Belə ki, informasiya lazer vasitəsilə oxunurdu.Bir neçə gün sonra "Sony" şirkəti də yığcam disk hazırladığını bəyan edib. Sonuncu "Philips" şirkəti ilə eyni vaxtda informasiyanın saxlanılması üçün yeni və daha etibarlı üsul üzərində iş aparırdı.
İlk təqdim edilmiş yığcam disk prototipləri mükəmməllikdən uzaq olduğuna görə, "Sony" və "Philips" şirkətləri səylərini birləşdiriblər. Hər iki şirkətin birgə hazırladığı yığcam diskin diametri 12 santimetr olub və diskə 650 meqabayt tutumunda informasiya yazmaq mümkün idi.
"Philips" və "Sony" şirkətləri daşıyıcını 1983-cü ilin martında təqdim ediblər. "CD" pleyerlərin qiyməti baha olduğundan ilk vaxtlar disklərin satış həcmi aşağı olub. Bununla belə, 1988-ci ilədək dünyada 400 milyondan çox yığcam disk satılıb.
Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun məlumatına əsasən, "CD" ilk kütləvi rəqəmli məhsul olub. 2000-ci illərin əvvəllərindən internetin inkişafı və "mp3" adlanan rəqəmli formatın yaradılması nəticəsində bu tip daşıyıcıların populyarlığı azalmağa başlayıb.
Emil Hüseynov
Baxış sayı: 561
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır