12px13px15px17px
Tarix:07/03/15

Pentaqon informasiya təhlükəsizliyi üzrə 3 min mütəxəssisi işə qəbul edəcək

ABŞ hakimiyyəti yaxın vaxtlarda mülki vətəndaşlar arasından informasiya təhlükəsizliyi üzrə üç min mütəxəssis seçərək işə qəbul etmək niyyətindədir. Onlara ABŞ Müdafiə Nazirliyinin kiberhücumların təhqiqatına və dəf edilməsinə məsul olan Kibernetik komandanlıqda (US Cybercom) işləmək təklif olunacaq.
 
Namizədlərə hərbi qulluqçulara qarşı olan ənənəvi tələblər irəli sürülməyəcək. Bunun əvəzinə mütəxəssislərin müəyyən bacarıqlara malik olması və inkişaf dərəcəsi üzrə seçilməsi nəzərdə tutulur.   
 
Hökumət zərərli proqram təminatının tədqiqi, sistemlərdə boşluqların olması və boşluqların təhlili,  ayrı-ayrı idarəetmə sistemlərinin mühafizəsi, haker müdaxilələrinin nəticələrinin aradan qaldırılması, kompüter mərkəzlərinin və korporativ infrastrukturların qurulması, kiberməkanda milli təhlükəsizliyin təmininə yönələn proqram idarəçiliyi üzrə ekspertlərə ehtiyac duyur.
 
Yeni əməkdaşların illik maaşı onların vəzifəsi və digər amillərə görə dəyişəcək. Belə ki, minimal əməkhaqqı 42,4 min dollar, ən böyük əməkhaqqı 132 min dollar təşkil edəcək. Hakimiyyət ABŞ Kibernetik komandanlığının ştatını 31 dekabr 2015-ci ilədək tamamlamağı planlaşdırır.
 
“US Cybercom” 2010-cu ildə kiberməkanda təhdidlərin sayının artmasına cavab olaraq yaradılıb. ABŞ bu bölməni yaradan ilk ölkə hesab edilir. Strukturun ilkin formalaşması planına əsasən, 2016-cı ilədək komandanlıqda 6,2 min nəfərin işləməsi nəzərdə tutulur. Hazırda ştatın yarısı tamamlanıb, - “CNews” yazır. 



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024