12px13px15px17px
Tarix:10/03/15

Aviasiya sahəsinə peyk interneti təklif olunacaq

“Virgin Group” və “Qualcomm” şirkətlərinin investoru olduğu "OneWeb” şirkəti aşağı Yerətrafı orbitə 648 peyk buraxmağı planlaşdırır. 2019-cu ildən etibarən peyklərin dünyada internet paylaması nəzərdə tutulur.
 
“Honeywell” şirkəti “OneWeb” kanallarından aviasiya şirkətlərinə Yerə mühərriklərin və digər avadanlıqların vəziyyəti, pilotlara hava, naviqasiya xəritələri barədə məlumatların ötürülməsi, eləcə də sərnişinlərə internetə sürətli çıxış imkanı kimi xidmətlər göstərmək üçün istifadə etmək niyyətindədir. Sistem həmçinin “qara qutular”ın məlumatlarını, pilotların kabinəsindən videonu və s.
ötürə bilir.
 
“Honeywell” bir sıra xidmətlərin göstərilməsi məsələsində "Iridium Communications” və “Inmarsat” kimi peyk provayderləri ilə əməkdaşlıq edir.
 
“OneWeb” nümayəndələri bildiriblər ki, sistem məlumatları saniyədə 10 terabit sürətində ötürə bilir və onun tutumunun çox hissəsi internetə çıxışa ehtiyac duyan inkişaf etməkdə olan ölkələrin yerüstü müştəriləri üçün nəzərdə tutulacaq.
 
“OneWeb” 2017-ci ildə kiçik qabaritli peyklər buraxaraq onları Yer səthi üzərində 1207 km hündürlükdə yerləşdirməyi planlaşdırır. Peykin hər birinin çəkisi 125 kq təşkil edəcək, - “Mediasat www.mediasat.info” yazır.



Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024