Tarix:10/03/15
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) "Big Data"nın qeyd olunan istiqamətlərindən hər biri ilə bağlı araşdırmalar aparılır. Bu fikri İTİ-nin növbəti elmi seminarında institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev bildirib. İnstitutdan qeyd edilib ki, "Big Data" texnologiyalarının elmi-nəzəri problemləri haqqında məruzə ilə çıxış edən natiq bu sahədə mövcud texnologiyalar, metodlar və alqoritmlərin köməyilə toplanılması, saxlanılması, analizi və vizuallaşdırılması çətin və ya mümkün olmayan verilənlər çoxluğu, eləcə də "Big Data"nın mövcud problemləri, əsas istiqamətləri, gətirdiyi imkanlardan söz açıb.
Alim 2015-ci ilin ən yüksək strateji texnologiyaları haqqında məlumat verərək bu texnologiyalar sırasında "Hər yerdə hesablama", "Əşyaların İnterneti", "3D çap", "Mükəmməl, mobil, görünməz analitika", "Kontekst cəhətdən zəngin sistemlər", "Ağıllı" maşınlar", "Bulud/kliyent arxitektur", "Proqramla müəyyən olunan infrastruktur və tətbiqlər", "Veb miqyaslı informasiya texnologiyaları" və "Riskin qiymətləndirilməsinə əsaslanan təhlükəsizlik və özünü mühafizə" və s.-nin yer aldığını dilə gətirib. Məruzəçi verilənlərin toplanması və saxlanılması, ötürülməsi, aşkarlanması, axtarışı, keyfiyyətinin təmin olunması, təkrar istifadəsi, analizi və vizuallaşdırılması kimi "Big Data" problemlərinə kommersiya və biznes, elmi tədqiqatlar və digər sahələrdə rast gəlindiyini söyləyib.
R. Alıquliyev "Big Data Mining" metodları və texnologiyaları, bu sahədə mövcud problemlər, "Big Data" sistemlərinin layihələndirilməsinin əsas prinsipləri, böyük verilənlərin araşdırılması istiqamətində fəaliyyət göstərən elmi mərkəzlər, tədqiqatçılar, nəşr olunan jurnallar, kitablar və keçirilən konfranslar, "Big Data" məhsulları istehsal edən şirkətlər haqqında da məlumat verib.
Həqiqət İSABALAYEVA
“Big Data”nın əsas elmi istiqamətləri üzrə Azərbaycanda araşdırmalar aparılır
39 milyon tədqiqatçı, 17 milyon məqalə arasında "Arnetminer" elmi sosial şəbəkəsi tərəfindən aparılmış araşdırmalara əsasən, kompüter elmləri sahəsində fəal tədqiq olunan əsas elmi istiqamətlər - verilənlərin intellektual analizi (Data Mining), maşın təlimi (Machine Learning), sosial şəbəkə (Social Network), dərin təlim (Deep Learning) müəyyənləşdirilib.AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) "Big Data"nın qeyd olunan istiqamətlərindən hər biri ilə bağlı araşdırmalar aparılır. Bu fikri İTİ-nin növbəti elmi seminarında institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev bildirib. İnstitutdan qeyd edilib ki, "Big Data" texnologiyalarının elmi-nəzəri problemləri haqqında məruzə ilə çıxış edən natiq bu sahədə mövcud texnologiyalar, metodlar və alqoritmlərin köməyilə toplanılması, saxlanılması, analizi və vizuallaşdırılması çətin və ya mümkün olmayan verilənlər çoxluğu, eləcə də "Big Data"nın mövcud problemləri, əsas istiqamətləri, gətirdiyi imkanlardan söz açıb.
Alim 2015-ci ilin ən yüksək strateji texnologiyaları haqqında məlumat verərək bu texnologiyalar sırasında "Hər yerdə hesablama", "Əşyaların İnterneti", "3D çap", "Mükəmməl, mobil, görünməz analitika", "Kontekst cəhətdən zəngin sistemlər", "Ağıllı" maşınlar", "Bulud/kliyent arxitektur", "Proqramla müəyyən olunan infrastruktur və tətbiqlər", "Veb miqyaslı informasiya texnologiyaları" və "Riskin qiymətləndirilməsinə əsaslanan təhlükəsizlik və özünü mühafizə" və s.-nin yer aldığını dilə gətirib. Məruzəçi verilənlərin toplanması və saxlanılması, ötürülməsi, aşkarlanması, axtarışı, keyfiyyətinin təmin olunması, təkrar istifadəsi, analizi və vizuallaşdırılması kimi "Big Data" problemlərinə kommersiya və biznes, elmi tədqiqatlar və digər sahələrdə rast gəlindiyini söyləyib.
R. Alıquliyev "Big Data Mining" metodları və texnologiyaları, bu sahədə mövcud problemlər, "Big Data" sistemlərinin layihələndirilməsinin əsas prinsipləri, böyük verilənlərin araşdırılması istiqamətində fəaliyyət göstərən elmi mərkəzlər, tədqiqatçılar, nəşr olunan jurnallar, kitablar və keçirilən konfranslar, "Big Data" məhsulları istehsal edən şirkətlər haqqında da məlumat verib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 683
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır