12px13px15px17px
Tarix:10/03/15

"Qualcomm" şirkəti 15 milyard dollar dəyərində səhmlərini geri alır

Dünyanın aparıcı çip istehsalçısı "Qualcomm"  şirkəti 15 milyard dəyərində səhmlərini geri alaraq rüblük dividendlərini artırır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkət 12 ay ərzində 10 milyard dəyərində səhmləri geri almaq niyyətindədir. Bu səhmlərin qiyməti dünən keçirilən birja ticarətlərində 2,6 faiz artaraq 74,60 dollara çatıb.
 
"Qualcomm" şirkəti eyni zamanda rüblük dividendlərini artıraraq 42 sentdən 48 sentə çatdırıb. Şirkətdən verilən rəsmi məlumata əsasən, yeni gerialma planı  əvvəlki 2,1 milyard dollar avtorizasiya bərpa proqramını dəyişəcək.
 
Şirkət keçən ilin mart ayında gerialma planının həcmini çoxaldaraq 2,8 milyard dollardan 7,8 milyard dollara çatdırıb.
 
"Qualcomm"  keçən ilin sentyabrına kimi, səhm sahiblərinə 7,1 milyard dollar qaytarıb ki, bu da  93 faiz sərbəst gəlirə bərabərdir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024