Tarix:10/03/15
Tədqiqat nəticəsində məlum olub ki, dünyadakı işçilərin 77 faizi iş yerində masaüstü fərdi kompüterdə işləməyə üstünlük verir. 2011-ci ildə bu göstərici 85 faiz təşkil edib.
"ICTnews" elektron xəbər xidməti “it-weekly.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə işçilərin 60 faizi xidməti vəzifələrinin icrası üçün bir neçə qurğudan istifadə ediblər. Bu halda mobil qurğuların populyarlığı artır: ötən il 2011-ci illə müqayisədə iş prosesində smartfonlardan istifadə edən mütəxəssislərin sayı 7 faiz çoxalıb.
Rəyi soruşulmuş bütün işçilərin təxminən 25 faizi bildirib ki, əgər təqdim edilmiş qurğuların səviyyəsi onları razı salmasa, şirkəti tərk edə bilərlər. Bundan başqa, rəhbərlərin 86 faizi və gənc işçilərin 80 faizi bildiriblər ki, iş yerinin texnologiya baxımından təchizat səviyyəsi onlar tərəfindən bir şirkətdən başqasına keçid amillərindən biri kimi qiymətləndirilir.
Emil Hüseynov
İşçilər iş yerində hansı qurğudan istifadəyə üstünlük verirlər?
“Dell” və “Intel” şirkətləri əməkdaşların işdə hansı qurğulardan istifadəyə üstünlük verməsi ilə “Global Evolving Workforce Study” adlı tədqiqat keçiriblər.Tədqiqat nəticəsində məlum olub ki, dünyadakı işçilərin 77 faizi iş yerində masaüstü fərdi kompüterdə işləməyə üstünlük verir. 2011-ci ildə bu göstərici 85 faiz təşkil edib.
"ICTnews" elektron xəbər xidməti “it-weekly.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə işçilərin 60 faizi xidməti vəzifələrinin icrası üçün bir neçə qurğudan istifadə ediblər. Bu halda mobil qurğuların populyarlığı artır: ötən il 2011-ci illə müqayisədə iş prosesində smartfonlardan istifadə edən mütəxəssislərin sayı 7 faiz çoxalıb.
Rəyi soruşulmuş bütün işçilərin təxminən 25 faizi bildirib ki, əgər təqdim edilmiş qurğuların səviyyəsi onları razı salmasa, şirkəti tərk edə bilərlər. Bundan başqa, rəhbərlərin 86 faizi və gənc işçilərin 80 faizi bildiriblər ki, iş yerinin texnologiya baxımından təchizat səviyyəsi onlar tərəfindən bir şirkətdən başqasına keçid amillərindən biri kimi qiymətləndirilir.
Emil Hüseynov
Baxış sayı: 676
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır