Tarix:11/03/15
“Ookla” şirkətinin “Netindex” reytinqinə əsasən, “Bakcell” şirkəti mobil operatorlar arasında mobil data trafikinin sürətinə görə rəqibləri ilə müqayisədə daha yüksək göstəriciləri ilə 1-ci yerdə (13.2 Mbps), ölkənin əsas internet provayderləri (şəhərlərarası və sabit şəbəkə operatorları daxil olmaqla) arasında isə internet trafikin sürətinə görə 3-cü yerdədir (10.41 Mbps sürətlə). Bu reytinq Azərbaycanda İnternet provayderləri və mobil operatorların abunəçilər tərəfindən ən azı 100 dəfə “speedtest.net” və ya “pingtest.net” vasitəsilə ölçülmüş statistik indikatorlarının nəticələri əsasında formalaşıb.
2011-ci ildə “3G Sür@” xidmətinin istifadəsinə start verildikdən sonra “Bakcell” şirkəti müxtəlif müstəqil şirkətlər tərəfindən, o cümlədən, “Ookla” şirkətinin “Netindex” reytinqinə əsasən həyata keçirilən testlərin nəticələrinə görə ölkədə ən sürətli Mobil İnternet təcrübəsini təmin etməyə başladı.
“Hal-hazırda 2000-dən çox abunəçi “Bakcell” şirkətinin “4G” LTE xidmətini test etmək və Azərbaycanda ən sürətli mobil internetdən istifadə etmək imkanına malikdir. “Bakcell” şirkətinin təmin etdiyi Mobil İnternet xidmətinin son yüksək nəticələri göstərir ki, şirkət müştərilərə ən keyfiyyətli mobil data təcrübəsinin təmin edilməsində öz mövqelərini gücləndirməkdədir. Biz hər il şəbəkəmizə investisiya edir, onu təkmilləşdirir və ölkənin aparıcı mobil internet provayderi olmaqda davam etməyə çalışırıq” – deyə “Bakcell” şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş qeyd edib.
“Ookla” şirkəti dünya üzrə genişzolaqlı sınaqlar və internet əsasında qurulmuş diaqnostika proqramları sahəsində liderdir. Şirkətin proqram təminatı və metodologiyası genişzolaqlı şəbəkə xidmətləri sənayesi üzrə statistik məlumatların dəqiqliyi, tanınması, istifadə asanlığı və sonrakı inkişafının etalonudur. Xidmətin yarandığı vaxtdan 2015-ci ilə qədər “Ookla” şirkəti tərəfindən yeddi milyarddan artıq sürət testi həyata keçirilib.
RƏVAN
“Bakcell” Azərbaycanda ən sürətli mobil internet xidməti təqdim edir
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti ölkədə ən sürətli mobil internet xidmətini təqdim edir.“Ookla” şirkətinin “Netindex” reytinqinə əsasən, “Bakcell” şirkəti mobil operatorlar arasında mobil data trafikinin sürətinə görə rəqibləri ilə müqayisədə daha yüksək göstəriciləri ilə 1-ci yerdə (13.2 Mbps), ölkənin əsas internet provayderləri (şəhərlərarası və sabit şəbəkə operatorları daxil olmaqla) arasında isə internet trafikin sürətinə görə 3-cü yerdədir (10.41 Mbps sürətlə). Bu reytinq Azərbaycanda İnternet provayderləri və mobil operatorların abunəçilər tərəfindən ən azı 100 dəfə “speedtest.net” və ya “pingtest.net” vasitəsilə ölçülmüş statistik indikatorlarının nəticələri əsasında formalaşıb.
2011-ci ildə “3G Sür@” xidmətinin istifadəsinə start verildikdən sonra “Bakcell” şirkəti müxtəlif müstəqil şirkətlər tərəfindən, o cümlədən, “Ookla” şirkətinin “Netindex” reytinqinə əsasən həyata keçirilən testlərin nəticələrinə görə ölkədə ən sürətli Mobil İnternet təcrübəsini təmin etməyə başladı.
“Hal-hazırda 2000-dən çox abunəçi “Bakcell” şirkətinin “4G” LTE xidmətini test etmək və Azərbaycanda ən sürətli mobil internetdən istifadə etmək imkanına malikdir. “Bakcell” şirkətinin təmin etdiyi Mobil İnternet xidmətinin son yüksək nəticələri göstərir ki, şirkət müştərilərə ən keyfiyyətli mobil data təcrübəsinin təmin edilməsində öz mövqelərini gücləndirməkdədir. Biz hər il şəbəkəmizə investisiya edir, onu təkmilləşdirir və ölkənin aparıcı mobil internet provayderi olmaqda davam etməyə çalışırıq” – deyə “Bakcell” şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş qeyd edib.
“Ookla” şirkəti dünya üzrə genişzolaqlı sınaqlar və internet əsasında qurulmuş diaqnostika proqramları sahəsində liderdir. Şirkətin proqram təminatı və metodologiyası genişzolaqlı şəbəkə xidmətləri sənayesi üzrə statistik məlumatların dəqiqliyi, tanınması, istifadə asanlığı və sonrakı inkişafının etalonudur. Xidmətin yarandığı vaxtdan 2015-ci ilə qədər “Ookla” şirkəti tərəfindən yeddi milyarddan artıq sürət testi həyata keçirilib.
RƏVAN
Baxış sayı: 748
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib