12px13px15px17px
Tarix:11/03/15

“Elektron hökumət” portalında istifadədə olan elektron xidmətlərin sırasına yeniləri əlavə edilib

Azərbaycanda təhsil sektoruna dair daha iki elektron xidmət “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Ümumtəhsil  məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” və “Ümumtəhsil  məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” xidmətləri  Təhsil Nazirliyinin təqdim etdiyi e-xidmətlərin siyahısına daxil edilib.
 
Bu xidmətlərin göstərilməsi nəticəsində sözügedən arayışları tez və asan şəkildə əldə etmək imkanı yaradılıb.
 
Qeyd edək ki, hazırda Təhsil Nazirliyi “Elektron hökumət” portalı üzərindən 6 elektron xidmət göstərir.
 
CAHANGİR
 
 



Baxış sayı: 919

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024