12px13px15px17px
Tarix:11/03/15

“Elektron hökumət” üzrə növbəti təlim baş tutub

“Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən Bakı Avropa Liseyində təhsil alan şagirdlərə “Elektron hökumət” üzrə təlim keçirilib.
 
 
Mərkəzdən verilən məlumata görə, MHM-in mütəxəssisləri yeniyetmə və gənclərə ölkəmizdə İKT-nin inkişafı, “Elektron hökumət” quruculuğu, “Elektron hökumət” portalı, elektron xidmətlər, elektron imza, elektron sənəd barədə ətraflı məlumat veriblər.  Şagirdlərə gündəlik həyatda elektronlaşmanın rolu və əhəmiyyəti barədə məlumat verilib, ictimai xidmətlərin elektronlaşdırılmasının mahiyyəti izah edilib. Eyni zamanda dövlətimizin bu sahəyə göstərdiyi qayğı və diqqət barədə şagirdlər məlumatlandırılıb. Sonra şagirdlərə “Elektron hökumət” portalı üzrə praktiki iş keçirilib.
 
 
Təlim sorğu-sual ilə davam etdirilib. Şagirdlərin ictimai xidmətlərin rəqəmsallaşmasına münasibəti öyrənilib, həmçinin, şagirdlər tərəfindən sosial mühitdə aktual olan xidmətlər barədə təkliflər səslənib.
 
 
Müzakirələrdə aktiv iştirak edən şagirdlərə xüsusi hədiyyələr təqdim olunub.
 
 
Qeyd edək ki, təşkil olunan belə tədbirlərin əsas məqsədi gənc nəslə elektronlaşmanın mahiyyətini və üstünlüklərini izah etmək, “Elektron hökumət” portalı barədə maarifləndirmə işləri aparmaq və gəncləri elektron xidmətlərdən daha aktiv şəkildə istifadəyə cəlb etməkdir.
 
 
CAHANGİR
 



Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024