Tarix:12/03/15
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
Azərbaycan nümayəndə heyətinin də qatılacağı tədbirdə ölkəmizdə poçt sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barəsində geniş məruzə ilə çıxış ediləcək.
Sektor müdiri bildirib ki, sözügedən tədbirdə beynəlxalq poçt göndərişlərinin keyfiyyətinin artırılması üzrə bundan əvvəl verilmiş direktiv tapşırıqlar və onların yerinə yetirilməsi məqsədi ilə hər bir təyin olunan operator tərəfindən görülən işlərin müzakirəsi, həmçinin bu istiqamətdə növbəti atılacaq addımlar barəsində Ümumdünya Poçt İttifaqının (ÜPİ) ekspertləri tərəfindən zəruri tövsiyələrin verilməsi nəzərdə tutulub.
Aprelin 2-də isə Regional Rabitə Birliyinin (RRB) Poçt rabitəsi üzrə komissiyasının və Poçt rabitəsi operatorlar şurasının növbəti iclası baş tutacaq.
N.Məmmədovun həmsədri olduğu RRB-nin Poçt Komissiyası və Poçt Operatorları Şurasının birgə iclasında gündəlikdə duran əsas məsələlər sırasında ÜPİ-nin Strateji Cenevrə konfransına hazırlıq, II Dünya müharibəsində Qələbənin 70-ci ildönümünün qeyd edilməsi, RRB-nin poçt rabitəsi mütəxəssisləri üçün Regional Tədris Mərkəzinin açılması məsələləri və sair mövzular ətrafında fikir mübadilələri aparılacaq.
SEYMUR
RRB Regional Tədris Mərkəzi yaratmaq istəyir
Bu il 31 mart – 1 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Avropa və MDB ölkələri üçün xidmət keyfiyyəti və loqistika şəbəkəsinin inkişafı” mövzusunda mütəxəssislər üçün seminar keçiriləcək.Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
Azərbaycan nümayəndə heyətinin də qatılacağı tədbirdə ölkəmizdə poçt sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barəsində geniş məruzə ilə çıxış ediləcək.
Sektor müdiri bildirib ki, sözügedən tədbirdə beynəlxalq poçt göndərişlərinin keyfiyyətinin artırılması üzrə bundan əvvəl verilmiş direktiv tapşırıqlar və onların yerinə yetirilməsi məqsədi ilə hər bir təyin olunan operator tərəfindən görülən işlərin müzakirəsi, həmçinin bu istiqamətdə növbəti atılacaq addımlar barəsində Ümumdünya Poçt İttifaqının (ÜPİ) ekspertləri tərəfindən zəruri tövsiyələrin verilməsi nəzərdə tutulub.
Aprelin 2-də isə Regional Rabitə Birliyinin (RRB) Poçt rabitəsi üzrə komissiyasının və Poçt rabitəsi operatorlar şurasının növbəti iclası baş tutacaq.
N.Məmmədovun həmsədri olduğu RRB-nin Poçt Komissiyası və Poçt Operatorları Şurasının birgə iclasında gündəlikdə duran əsas məsələlər sırasında ÜPİ-nin Strateji Cenevrə konfransına hazırlıq, II Dünya müharibəsində Qələbənin 70-ci ildönümünün qeyd edilməsi, RRB-nin poçt rabitəsi mütəxəssisləri üçün Regional Tədris Mərkəzinin açılması məsələləri və sair mövzular ətrafında fikir mübadilələri aparılacaq.
SEYMUR
Baxış sayı: 491
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır