12px13px15px17px
Tarix:07/09/11

“Apple” də sosial şəbəkə hazırlayır

“Apple” şirkəti “iOS 5”-in çıxışı və “iCloud”-un işə salınması ilə cari ilin payızında “iOS”-qurğu istifadəçiləri üçün yeni sosial şəbəkə açmağı planlaşdırır. “

9to5 Mac” nəşrinin məlumatına əsasən, “Apple”-ın yeni xidməti istifadəçini dostlarının harada olmaları barəsində xəbərdar edəcək.

“AppleInsider” resursunun məlumatına əsasən, “Find My Friends” ("Dostlarımı tap") adlı yeni layihədə sosial şəbəkələrin standart funksiyaları olacaq. Həmçinin statusların da olacağı bildirilib.

“Find My Friends” şəbəkəsinə qoşulan “iOS” qurğu sahibləri şəbəkənin digər istifadəçilərini öz siyahısına daxil edən dost siyahısını görə biləcəklər. “Burada lazımsız əlaqələrə blok qoymaq daxil olmaqla, siyahını idarə etmə funksiyaları olacaq, - “9to5 Mac” yazıb.



Baxış sayı: 1908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Fevral 2024

26 02 2024