Tarix:12/03/15
Belə ki, “Ümumdünya Hörümçək Toru” uşaq pornoqrafiyasının geniş yayılmasına imkan yaradır. Uşaqları internetdə çox vaxt fahişəlik və ya övladlığa götürmə məqsədilə satırlar. İnternet bu gizli cinayətkar fəaliyyəti daha da məxfiləşdirməyə imkan verir.
Bu haqda BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında uşaq ticarəti, uşaq fahişəliyi və uşaq pornoqrafiyası məsələləri üzrə xüsusi məruzəçisi Mod de Bur-Bukuikkio məlumat verib.
"Yeni texnologiyaların uşaqlar üçün bir çox müsbət cəhətləri var. Uşaqlar doğum anından "rəqəmli nəslin" bir hissəsinə çevrilir və yeni texnologiyalardan informasiya əldə etmək, ünsiyyət, özünü ifadə etmək üçün istifadə edirlər. Ancaq texnoloji yeniliklər, həmçinin cinsi istismarla bağlı cinayətlərin törədilməsini asanlaşdırır…" – BMT Şurasının iclasında Mod de Bur-Bukuikkio deyib.
Xüsusi məruzəçi öz hesabatında qeyd edib ki, hazırda dünya əhalisinin 40 faizdən çoxu internetə çıxışa malikdir. Avropada 6−17 yaş aralığında uşaqların 70 faizi qlobal şəbəkədən istifadə edir. Afrikada uşaqların əksəriyyəti ev və ya məktəbdə internetə çıxış imkanına malik deyillər, ancaq onlar internet-kafe xidmətindən aktiv istifadə edirlər.
BMT-nin eksperti bildirib ki, kompüter, planşet və mobil telefonlardan istifadə edən uşaqlar çox vaxt uşaq pornoqrafiyası, uşaq ticarəti və onların cinsi istismarı ilə məşğul olan cinayətkarların şəbəkəsinin qurbanı olurlar. Mod de Bur-Bukuikkio deyib ki, informasiya-kommunikasiya texnologiyaları yeni təhlükələrin və ya uşaqların yoldan çıxarılması və uşaq pornoqrafiyası kimi təhqir formalarının yaranmasına səbəb olub.
Ekspert öz hesabatında qeyd edib ki, təxminən on milyon uşaq cinsi istismarın qurbanıdır. İnsan alveri hallarının 43 faizi cinsi istismarla bağlıdır və bu, illik dövriyyəsi təxminən 7−19 milyard ABŞ dolları təşkil edən cinayətkar fəaliyyət seqmentidir.
Xüsusi məruzəçi vurğulayıb ki, internet uşaqların qanunsuz övladlığa götürülməsi məqsədilə uşaq ticarətinin miqyasının genişlənməsinə səbəb olub. Qlobal şəbəkədə uşaqları övladlığa götürməyi təklif edən çoxlu sayda veb-saytlar var. Hər hansı uşağı həqiqətən yaxşı həyatla təmin etmək istəyən və övladlığa götürmə üçün 70 min ABŞ dollarınadək ödəməyə hazır olan ailələr də var. Nəticədə cinayətkarların övladlığa götürmə ilə bağlı qanunsuz fəaliyyəti böyük gəlir qazandırır.
"Yeni texnologiyalar cinayətkarların məxfiliyini təmin edir. Biz onların əməllərinin qarşısını almaq üçün lazımi vasitələrə malik olmalıyıq və çalışmalıyıq ki, onlar cəzasız qalmasınlar" – Şuranın sessiyasında çıxış edən xüsusi məruzəçi söyləyib.
O, yeni texnologiyaların tətbiqi ilə həyata keçirilən uşaq ticarəti və onların cinsi istismarı ilə mübarizəyə kompleks yanaşmağı təklif edib. Mod de Bur-Bukuikkio dövlətlərə internetdə uşaq ticarəti və onların cinsi istismarının bütün formalarını qadağan edən qanunlar qəbul etməyi tövsiyə edib.
Emil Hüseynov
İnternetdə uşaqların cinsi istismarı müzakirə olunub
Yeni texnologiyalar uşaqlar üçün geniş imkanlar təklif edir, amma bununla belə, həmçinin təhlükə doğurur.Belə ki, “Ümumdünya Hörümçək Toru” uşaq pornoqrafiyasının geniş yayılmasına imkan yaradır. Uşaqları internetdə çox vaxt fahişəlik və ya övladlığa götürmə məqsədilə satırlar. İnternet bu gizli cinayətkar fəaliyyəti daha da məxfiləşdirməyə imkan verir.
Bu haqda BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında uşaq ticarəti, uşaq fahişəliyi və uşaq pornoqrafiyası məsələləri üzrə xüsusi məruzəçisi Mod de Bur-Bukuikkio məlumat verib.
"Yeni texnologiyaların uşaqlar üçün bir çox müsbət cəhətləri var. Uşaqlar doğum anından "rəqəmli nəslin" bir hissəsinə çevrilir və yeni texnologiyalardan informasiya əldə etmək, ünsiyyət, özünü ifadə etmək üçün istifadə edirlər. Ancaq texnoloji yeniliklər, həmçinin cinsi istismarla bağlı cinayətlərin törədilməsini asanlaşdırır…" – BMT Şurasının iclasında Mod de Bur-Bukuikkio deyib.
Xüsusi məruzəçi öz hesabatında qeyd edib ki, hazırda dünya əhalisinin 40 faizdən çoxu internetə çıxışa malikdir. Avropada 6−17 yaş aralığında uşaqların 70 faizi qlobal şəbəkədən istifadə edir. Afrikada uşaqların əksəriyyəti ev və ya məktəbdə internetə çıxış imkanına malik deyillər, ancaq onlar internet-kafe xidmətindən aktiv istifadə edirlər.
BMT-nin eksperti bildirib ki, kompüter, planşet və mobil telefonlardan istifadə edən uşaqlar çox vaxt uşaq pornoqrafiyası, uşaq ticarəti və onların cinsi istismarı ilə məşğul olan cinayətkarların şəbəkəsinin qurbanı olurlar. Mod de Bur-Bukuikkio deyib ki, informasiya-kommunikasiya texnologiyaları yeni təhlükələrin və ya uşaqların yoldan çıxarılması və uşaq pornoqrafiyası kimi təhqir formalarının yaranmasına səbəb olub.
Ekspert öz hesabatında qeyd edib ki, təxminən on milyon uşaq cinsi istismarın qurbanıdır. İnsan alveri hallarının 43 faizi cinsi istismarla bağlıdır və bu, illik dövriyyəsi təxminən 7−19 milyard ABŞ dolları təşkil edən cinayətkar fəaliyyət seqmentidir.
Xüsusi məruzəçi vurğulayıb ki, internet uşaqların qanunsuz övladlığa götürülməsi məqsədilə uşaq ticarətinin miqyasının genişlənməsinə səbəb olub. Qlobal şəbəkədə uşaqları övladlığa götürməyi təklif edən çoxlu sayda veb-saytlar var. Hər hansı uşağı həqiqətən yaxşı həyatla təmin etmək istəyən və övladlığa götürmə üçün 70 min ABŞ dollarınadək ödəməyə hazır olan ailələr də var. Nəticədə cinayətkarların övladlığa götürmə ilə bağlı qanunsuz fəaliyyəti böyük gəlir qazandırır.
"Yeni texnologiyalar cinayətkarların məxfiliyini təmin edir. Biz onların əməllərinin qarşısını almaq üçün lazımi vasitələrə malik olmalıyıq və çalışmalıyıq ki, onlar cəzasız qalmasınlar" – Şuranın sessiyasında çıxış edən xüsusi məruzəçi söyləyib.
O, yeni texnologiyaların tətbiqi ilə həyata keçirilən uşaq ticarəti və onların cinsi istismarı ilə mübarizəyə kompleks yanaşmağı təklif edib. Mod de Bur-Bukuikkio dövlətlərə internetdə uşaq ticarəti və onların cinsi istismarının bütün formalarını qadağan edən qanunlar qəbul etməyi tövsiyə edib.
Emil Hüseynov
Baxış sayı: 773
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib