12px13px15px17px
Tarix:12/03/15

Ruhlarla danışmaq üçün qurğu

Fransada ixtiraçı Tomas Edisonun əvvəllər nəşr edilməmiş memuarının son fəsli dərc edilib. Məlum olub ki, amerikalı ixtiraçı ruhların səsini eşitməyə imkan verəcək qurğu düzəltməyə cəhd edib.
 
Edison ruhların səsini yazacaq qurğu düzəltmək istəyi haqda ölümündən sonra (1948-ci ildə) dərc edilmiş memuarının (“Diary and Sundry Observations”) son fəslində məlumat verib.
 
Ancaq ingilisdilli nəşrlərdə Tomas Edisonun okkultizm sınaqları haqda son fəsli çıxarılıb. O, 1949-cu ilə aid fransız nəşrində saxlanılıb və 2015-ci ilin əvvəlində Fransada nümayiş etdirilmiş ixtiraçı haqda yeni kitaba salınıb.
 
Memuarın son fəslinə əsasən, 1870-ci ilin sonunda Edison fonoqrafın (qrammofonun prototipi) səs siqnallarını gücləndirən qurğu düzəltməyə çalışıb. Bundan başqa, o, öz həmkarı, mühəndis Uilyam Uolter Dinuiddi ilə müqavilə bağlayıb ki, birinci ölən, o biri dünyadan sağ qalana məlumat göndərsin.
 
Edisonun fikrincə, ruhlar mövcuddur və danışmağı sevirlər, deməli, müvafiq qurğu onların danışığını yaza bilər.
 
Emil Hüseynov



Baxış sayı: 1165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024