Tarix:12/03/15
İnstitutdan bildirilib ki, Fİ-nin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla keçirilən görüşdə M.Sinoplu “Transtek Kapital” şirkəti haqqında məlumat verib.
Qeyd edib ki, təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətləri dünyanın müxtəlif ölkələrində aparılan innovativ tədqiqatlarla maraqlanmaq və onların maliyyələşdirmə imkanlarını araşdırmaqdır. Daha sonra qonaqlar İnnovasiya sektorunda fəaliyyət göstərən AFM (Atom Qüvvət Mikroskopu), “Keçirici Elektron Mikroskopiyası” (Transmission Electron Microscopy-TEM), EPR (Elektron Paramaqnit Rezonansı) və digər cihazlarla yaxından tanış olublar.
İnstitutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov “Cihaz strukturları və “CdTe” əsaslı nazik təbəqəli günəş elementlərinin yaradılma üsulları” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, görüşdə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvü Ənvər Nəhmədov, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov və başqaları iştirak ediblər
Həqiqət İSABALAYEVA
Böyük Britaniyanın “Transtek Kapital” şirkətinin nümayəndələri Azərbaycanda elmi müəssisənin innovativ fəaliyyəti ilə tanış olublar
Böyük Britaniyanın “Transtek Kapital” şirkətinin nümayəndələri Devid Layvsli və Mahmud Sinoplu AMEA Fizika İnstitutunda (Fİ) olublar. Məqsəd bu elmi müəssisənin innovativ fəaliyyəti, aparılan elmi tədqiqatlar, buradakı maddi-texniki baza ilə yaxından tanışlıq və gələcəkdə əməkdaşlıq imkanlarının müzakirəsi idi.İnstitutdan bildirilib ki, Fİ-nin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla keçirilən görüşdə M.Sinoplu “Transtek Kapital” şirkəti haqqında məlumat verib.
Qeyd edib ki, təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətləri dünyanın müxtəlif ölkələrində aparılan innovativ tədqiqatlarla maraqlanmaq və onların maliyyələşdirmə imkanlarını araşdırmaqdır. Daha sonra qonaqlar İnnovasiya sektorunda fəaliyyət göstərən AFM (Atom Qüvvət Mikroskopu), “Keçirici Elektron Mikroskopiyası” (Transmission Electron Microscopy-TEM), EPR (Elektron Paramaqnit Rezonansı) və digər cihazlarla yaxından tanış olublar.
İnstitutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov “Cihaz strukturları və “CdTe” əsaslı nazik təbəqəli günəş elementlərinin yaradılma üsulları” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, görüşdə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvü Ənvər Nəhmədov, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov və başqaları iştirak ediblər
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1145
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır