12px13px15px17px
Tarix:12/03/15

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı" keçiriləcək.
 
Konfrans 15 may 2015-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq. Tədbirin istiqamətlərinə "İnformasiya təhlükəsizliyinin siyasi, hüquqi və hərbi problemləri", "İnformasiya təhlükəsizliyinin sosial-psixoloji və kulturoloji problemləri", "İnformasiya təhlükəsizliyinin sosial-iqtisadi problemləri", "İnformasiya təhlükəsizliyinin beynəlxalq əməkdaşlıq problemləri", "Qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri", "Media və informasiya təhlükəsizliyi problemləri", "Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması problemləri", "Dövlət sirri emal edilən kompüter sistemlərində informasiya təhlükəsizliyi", "İnformasiya təhlükəsizliyinin idarə edilməsi və koordinasiya problemləri" kimi mövzular daxildir.
 
Həmçinin konfransda "Müasir sosial-iqtisadi sistemlərin informasiya təhlükəsizliyi", "E-dövlətin informasiya təhlükəsizliyi problemləri", "E-imza və e-sənəd dövriyyəsi: hüquqi, təşkilati və texnoloji problemlər", "Milli kriptoqrafiya siyasətinin formalaşdırılması problemləri", "E-xidmətlərin və e-kommersiyanın informasiya təhlükəsizliyi", "İnformasiya təhlükəsizliyi texnologiyaları", "Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həllər", "İnformasiya müharibəsi texnologiyaları", "İnformasiya təhlükəsizliyinin qanunvericilik bazasının təkmilləşdirilməsi problemləri", "İnformasiya təhlükəsizliyi standartları və sertifikatlaşdırma", "Şəbəkə və kommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi" də müzakirə olunacaq.
 
 
Elmi-praktiki konfransın digər istiqamətlərinə , "Veb-sistemlərin təhlükəsizliyi", "Bulud texnologiyalarının təhlükəsizliyi", "Big Data texnologiyalarının informasiya təhlükəsizliyi problemləri", "Biometrik informasiya texnologiyaları", "İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi", "İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi", "İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri", "İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri" mövzuları daxildir. Məruzələrin tərtibatına dair tələblərə gəlincə, Təşkilat Komitəsindən qeyd edilib ki, əvvəllər çap olunmamış və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair materiallar qəbul olunur.
 
Məruzə həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) çox olmamaq şərtilə elektron şəkildə "infosec@iit.ab.az"  ünvanına təqdim edilməlidir.
 
Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti əks olunmalıdır.
 
Məruzənin formatı konfrans məqalələri üçün IEEE standartına uyğun olmalıdır. Məqaləyə ingilis dilində müəllif(lər)in soyad(lar)ı, məqalənin adı və məqalənin annotasiyası əlavə edilməlidir. Məruzələr 10 aprel 2015-ci il tarixinədək təqdim edilməlidir. Müəlliflərin 1 may 2015-ci il tarixinədək məruzələrin qəbulu haqqında məlumatlandırılması nəzərdə tutulur.

Əlavə məlumatları AMEA İnformasiya Texnologiyaları İnstitutundan (Tel.: (+994 12) 539-01-67; (+994 12) 510-42-53; E-poçt: "infosec@iit.ab.az"; Faks: (+994 12)539-61-21) əldə etmək olar.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1085

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024