12px13px15px17px
Tarix:13/03/15

Fevralda 25 minə yaxın sığortaolunan “Elektron hökumət” portalı üzərindən onlayn uçota alınıb

Fevral ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması” xidmətinə “Elektron hökumət” portalı vasitəsilə 24901 müraciət olub.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmətlə sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu həyata keçirilir.

Elektron xidmətin göstərilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri sığortaolunanlar haqqında sığortaedən tərəfindən təqdim edilmiş elektron ərizələrə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.

Qeyd edək ki, istifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
CAHANGİR
 



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024