12px13px15px17px
Tarix:13/03/15

“Microsoft”: Azərbaycanın daxili bazarında proqram istehsalçılarının və istehlakçılarının mühafizəsi piratçılığın səviyyəsinin azalmasına təkan verəcək

 “Microsoft” şirkəti  beynəlxalq reytinqlərdə Azərbaycanda piratçılığın səviyyəsinə görə göstəricilərinin daha da aşağı olması üçün böyük imkanlar olduğunu hesab   edir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin rəhbəri Rüfət Hacıəlibəyov bildirib ki, Avropa ölkələrində  lisenziyalı proqram təminatından istifadə geniş yayıldığına görə bu ölkələrdə 2 faiz piratçılığın səviyyəsinin azalması əhəmiyyətli nailiyyətdir.

“Azərbaycanda isə lisenziyalı proqram təminatının istifadəsi səviyyəsi MDB məkanında yüksəkdə olsa da, dünya miqyasında çox azdır və yerli bazarda piratçılığın səviyyəsinin iki il ərzində, 87 faizdən 85 faizədək, cəmi 2 faiz azalması yetərli deyil. Gürcüstan bu cəhətdən bizi geridə qoyaraq bir ay bundan öncə hökumət qurumlarının tam şəkildə lisenziyalı proqram təminatına keçirilməsi ilə bağlı saziş imzalayıb və MDB-də hökumət qurumlarını leqallaşdırılmış proqram təminatına keçirmiş yeganə ölkə olub. Azərbaycan isə bir çox ölkələrdən bir çox göstəricilərə görə öndə olmasına baxmayaraq bu seqmentdə regionda geridə qalıb. İlk növbədə istifadə edilən proqram təminatının leqallaşdırılması lokal proqram təminatı istehsalçılarının hüquqlarının qorunmasını təmin edəcək”,- deyə o bildirib.

R. Hacıəlibəyovun sözlərinə əsasən, yerli istehlakçıların və istehsalçıların hüquqlarının qorunması məsələsi Azərbaycan Müəllif Hüquqları Agentliyinin əsas öhdəliklərindən olmalıdır.
 
Aynur Vəliyeva



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024