Tarix:13/03/15
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev saytlarda aparılmış monitorinqin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, danışıq dilində əcnəbi dilə meylin güclənməsi müşahidə olunur. Onun sözlərinə görə, danışıq dilində pərakəndəlik hökm sürur:
“Dilçilik İnstitutu səhvləri tapıb aşkarlayır. Səhvlərindən nəticə çıxarmaq əvəzinə, bunlar bəzilərinin xətrinə dəyir. Mətbuat işçiləri, o cümlədən başqaları ümumən dilimizdə olan qüsurlardan danışanda bütün günahı Dilçilik İnstitutunun üstünə atırlar. Amma dilin qayğısına hamı qalmalıdır”.
Yaxın zamanlarda Naxçıvan dialektoloji atlasının çap olunacağını vurğulayan T.Hacıyev əlavə edib ki, bundan başqa, Qarabağ dialektoloji atlasının hazırlanması qarşıya əsas məqsəd kimi qoyulub.
T.Hacıyev onu da vurğulayıb ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti çox qüsurludur: “Hazırda biz onun üzərində iş aparırıq”.
SEYMUR
Saytlarda xarici sözlərdən daha tez-tez istifadə olunduğu aşkarlanıb
Azərbaycanda fəaliyyət göstərən saytlarda dil normalarının pozulma halları müşahidə edilib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun keçirdiyi monitorinqlərdən məlum olub ki, Azərbaycan dilinin orfoqrafiyasının qayda-qanunlarına heç də bütün saytlar tam ciddiliyi ilə əməl etmir. Portallarda xarici sözlərdən daha tez-tez istifadə edildiyi məlum olub.AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev saytlarda aparılmış monitorinqin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, danışıq dilində əcnəbi dilə meylin güclənməsi müşahidə olunur. Onun sözlərinə görə, danışıq dilində pərakəndəlik hökm sürur:
“Dilçilik İnstitutu səhvləri tapıb aşkarlayır. Səhvlərindən nəticə çıxarmaq əvəzinə, bunlar bəzilərinin xətrinə dəyir. Mətbuat işçiləri, o cümlədən başqaları ümumən dilimizdə olan qüsurlardan danışanda bütün günahı Dilçilik İnstitutunun üstünə atırlar. Amma dilin qayğısına hamı qalmalıdır”.
Yaxın zamanlarda Naxçıvan dialektoloji atlasının çap olunacağını vurğulayan T.Hacıyev əlavə edib ki, bundan başqa, Qarabağ dialektoloji atlasının hazırlanması qarşıya əsas məqsəd kimi qoyulub.
T.Hacıyev onu da vurğulayıb ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti çox qüsurludur: “Hazırda biz onun üzərində iş aparırıq”.
SEYMUR
Baxış sayı: 656
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib