12px13px15px17px
Tarix:13/03/15

Azərbaycanda bəzi xidmət tədarükçüləri öz istifadəçilərini aldadırlar

Azərbaycanda İKT sektorunda təqdim edilən xidmətlərin arasında müştəri narazılığına səbəb olan əsas sahələr mobil rabitə və internetdir.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azad İstehlakçılar Cəmiyyətinin rəhbəri Eyyub Hüseynov bildirib ki, cəmiyyətə daxil olan istehlakçı şikayətlərinin əksəriyyəti mobil rabitə operatorlarının aldadıcı kampaniyaların keçirilməsi, SMS müsabiqələr vasitəsi ilə müştərilərin böyük məbləğdə vəsaitinin nəticəsiz sərf edilməsi, müştərinin istifadə etmədiyi xidmət üzrə ödəniş etməli olduğu və s. ilə bağlıdır.
 
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həqiqətən istehlakçıların hüquqlarının qorunmasını təmin etmək məqsədi ilə yüksək səviyyədə işlər aparıb. Lakin buna baxmayaraq bu gün Azərbaycanda mobil rabitə və internet xidmətlərinin istifadəçilərinin  hüquqları kobud şəkildə pozulur. Mobil rabitə operatorları abunəçilərinin sayını artırmaq məqsədilə iki və ya daha çox nömrə alan istifadəçilərə böyük vədlər verirlər, lakin sonda bu nömrələri alan istifadəçi aldığı və istifadə belə etmədiyi bütün nömrələr üçün abunə haqqı verməli olurlar. İnternet xidmətlərinin istifadəçilərinin hüquqları onlarla bağlanılan müqavilələrlə qorunmur, bu müqavilələr elə tərtib edilir ki, sonda istifadəçi xidmət təminatçısından keyfiyyətli xidmət tələb edə bilmir, mobil telefon satıcıları bu dükanlarında zəmanətsiz telefonlar satırlar və istehlakçıları aldadırlar", - deyə o qeyd edib.
 
Aynur Vəliyeva 



Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024