Tarix:14/03/15
Hazırda yerli elektron ticarət bazarında bir neçə populyar veb platformalar fəaliyyət göstərməkdədir. Ölkə əhalisi tərəfindən e-ticarətə marağın artması və alış-veriş əməliyyatlarının internet üzərində aparılmasının kütləviləşməsi Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin və şirkətlərin də e-ticarət istiqamətində addımlar atmasına səbəb olub. Bu yaxınlarda e-ticarət platformalarından biri olan “Besmart.az” elektron satışların inkişafı istiqamətində növbəti addım ataraq, internet vasitəsilə pərakəndə satış sahəsində geniş təcrübəsi olan dünya brendi “Procter & Gamble” ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Artıq mağazaya getmədən bu şirkətin məhsullarını sərfəli şərtlərlə almaq istəyən alıcılar tez-tez istifadə olunan məhsulları (Pampers, Fairy, Ariel, Gillette, Pantene və s) http://besmart.az/webshop/category/pg/ saytından ala bilərlər.
İnternet vasitəsilə pərakəndə satış Azərbaycanda yeni-yeni genişlənməkdədir. Dünyada mövcud olan tendensiya isə sübut edir ki, bu sahə ən azı yaxın 5 ildə daha sürətli şəkildə inkişaf edəcək. “Euromonitor International” şirkətinin araşdırmasına əsasən, makroiqtisadi dəyişikliklərə baxmayaraq dünya üzrə pərakəndə elektron satışlar son illər ərzində stabil artım nümayiş etdirib.
Elektron satış sahəsində alıcıların vərdişlərinin dəyişdirilməsi və maddi-texniki təminat ilə bağlı maraqların artırılması müşahidə edilməkdədir. “Procter & Gamble” şirkətinin internet vasitəsilə pərakəndə satış sahəsinə göstərdiyi dəstək ölkədə iqtisadiyyatın bu sahəsinin effektiv inkişafına müsbət təkan verəcək.
SEYMUR
Azərbaycanda fəaliyyət göstərən şirkətlər e-ticarəti genişləndirir
Elektron ticarət effektiv və rahat olduğu üçün dünyanın bir çox ölkələrində sahibkarlığın inkişafına, biznesin genişlənməsinə və gəlirlərin artırılmasına müsbət təsir edib. Son illərdə bu sahənin sürətli inkişafı Azərbaycanda da müşahidə olunmaqdadır. Elektron pərakəndə ticarət dövriyyəsi ölkəmizdə son bir il ərzində 2,4 dəfə artaraq 6,4 milyon manat təşkil edib.Hazırda yerli elektron ticarət bazarında bir neçə populyar veb platformalar fəaliyyət göstərməkdədir. Ölkə əhalisi tərəfindən e-ticarətə marağın artması və alış-veriş əməliyyatlarının internet üzərində aparılmasının kütləviləşməsi Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin və şirkətlərin də e-ticarət istiqamətində addımlar atmasına səbəb olub. Bu yaxınlarda e-ticarət platformalarından biri olan “Besmart.az” elektron satışların inkişafı istiqamətində növbəti addım ataraq, internet vasitəsilə pərakəndə satış sahəsində geniş təcrübəsi olan dünya brendi “Procter & Gamble” ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Artıq mağazaya getmədən bu şirkətin məhsullarını sərfəli şərtlərlə almaq istəyən alıcılar tez-tez istifadə olunan məhsulları (Pampers, Fairy, Ariel, Gillette, Pantene və s) http://besmart.az/webshop/category/pg/ saytından ala bilərlər.
İnternet vasitəsilə pərakəndə satış Azərbaycanda yeni-yeni genişlənməkdədir. Dünyada mövcud olan tendensiya isə sübut edir ki, bu sahə ən azı yaxın 5 ildə daha sürətli şəkildə inkişaf edəcək. “Euromonitor International” şirkətinin araşdırmasına əsasən, makroiqtisadi dəyişikliklərə baxmayaraq dünya üzrə pərakəndə elektron satışlar son illər ərzində stabil artım nümayiş etdirib.
Elektron satış sahəsində alıcıların vərdişlərinin dəyişdirilməsi və maddi-texniki təminat ilə bağlı maraqların artırılması müşahidə edilməkdədir. “Procter & Gamble” şirkətinin internet vasitəsilə pərakəndə satış sahəsinə göstərdiyi dəstək ölkədə iqtisadiyyatın bu sahəsinin effektiv inkişafına müsbət təkan verəcək.
SEYMUR
Baxış sayı: 641
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır