Tarix:16/03/15
Bundan başqa, sorğuya əsasən, ABŞ-ın bütün sakinləri “Apple”ın daşınan kompüterinin çıxarılması haqda kifayət qədər məlumatlı deyillər. 9-13 mart tarixlərində keçirilmiş sorğuda 1245 nəfər iştirak edib.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Fizziology” şirkəti tərəfindən keçirilmiş başqa tədqiqata əsasən, “Apple Watch” 1980-2000-ci illərdə anadan olmuş insanlara maraqlı deyil. Əsas müştərilər 35-49 yaş aralığında istifadəçilərdir.
“Apple Watch” “ağıllı” saatları sağlamlıq və fitnes üçün köməkçi qurğu kimi qələmə verilir. Amma gənclər yaşlı nəsil kimi öz sağlamlığına ciddi nəzarət etmirlər. Tədqiqatçılar bildirir ki, bu amil, həmçinin qurğunun satışını məhdudlaşdırır.
“Apple Watch” smart saatları martın 9-da təqdim edilib, "idman" versiyasının dəyəri 349, qızıldan hazırlanmış bahalı versiyanın dəyəri isə 17 min dollar təşkil edəcək.
Yeni qurğu aprelin 24-də Avstraliya, Böyük Britaniya, Almaniya, Honkonq, Kanada, Çin, ABŞ, Fransa və Yaponiyada satışa çıxarılacaq.
Emil Hüseynov
Amerikalıların 69 faizi “Apple Watch” qurğusunu satın almağı planlaşdırmır
“Reuters” agentliyi tərəfindən keçirilmiş sorğuya əsasən məlum olub ki, amerikalıların 69 faizi “Apple Watch” "ağıllı" saatlarını satın almağı planlaşdırmır.Bundan başqa, sorğuya əsasən, ABŞ-ın bütün sakinləri “Apple”ın daşınan kompüterinin çıxarılması haqda kifayət qədər məlumatlı deyillər. 9-13 mart tarixlərində keçirilmiş sorğuda 1245 nəfər iştirak edib.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Fizziology” şirkəti tərəfindən keçirilmiş başqa tədqiqata əsasən, “Apple Watch” 1980-2000-ci illərdə anadan olmuş insanlara maraqlı deyil. Əsas müştərilər 35-49 yaş aralığında istifadəçilərdir.
“Apple Watch” “ağıllı” saatları sağlamlıq və fitnes üçün köməkçi qurğu kimi qələmə verilir. Amma gənclər yaşlı nəsil kimi öz sağlamlığına ciddi nəzarət etmirlər. Tədqiqatçılar bildirir ki, bu amil, həmçinin qurğunun satışını məhdudlaşdırır.
“Apple Watch” smart saatları martın 9-da təqdim edilib, "idman" versiyasının dəyəri 349, qızıldan hazırlanmış bahalı versiyanın dəyəri isə 17 min dollar təşkil edəcək.
Yeni qurğu aprelin 24-də Avstraliya, Böyük Britaniya, Almaniya, Honkonq, Kanada, Çin, ABŞ, Fransa və Yaponiyada satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 1654
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır