12px13px15px17px
Tarix:16/03/15

İnternetdə ilk domen qeydiyyatdan keçirilib

"Symbolics.com" internet domeni 1985-ci il martın 15-də qeydiyyatdan keçirilib. Həmin il, həmçinin daha 5 domen adı qeydiyyatdan keçirilib.

"Netscape" şirkətinin "Mosaic" brauzerini buraxması domen adlarının populyarlaşmasında dönüş nöqtəsi olub.

Təxminən 1997-ci ildən etibarən domen adlarının qeydiyyatdan keçirilməsində yüksək artım qeydə alınıb. Həmçinin o zaman ".com" domen zonasında qeydiyyatdan keçirilmiş domen adlarının sayı 1 milyonu ötüb. O vaxtdan domen adlarının sayı yalnız həndəsi silsilə üzrə artır.

Nəticədə 2007-ci il noyabrın 4-də ".com" zonasında dördhərfli domen adları bitib.

Hazırda ".com" zonasında hər gün təxminən 100 min yeni domen yaradılır və bu resurslardan gün ərzində təxminən 90 milyon insan istifadə edir.

"Netcraft" analitik şirkətinin məlumatına əsasən, hazırda dünyada 1 milyarddan çox sayt fəaliyyət göstərir.
Qeydiyyatdan keçirilmiş 10 ilk domen
  1. 15 mart 1985 – “SYMBOLICS.COM”
  2. 24 aprel 1985 – “BBN.COM”
  3. 24 may 1985 – “THINK.COM”
  4. 11 iyul 1985 – “MCC.COM”
  5. 30 sentyabr 1985 – “DEC.COM”
  6. 07 noyabr 1985 – “NORTHROP.COM”
  7. 09 yanvar 1986 – “XEROX.COM”
  8. 17 yanvar 1986 – “SRI.COM”
  9. 03 mart 1986 – “HP.COM”
  10. 05 mart 1986 – “BELLCORE.COM”
Emil Hüseynov



Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024