Tarix:16/03/15
"IDC"-nin proqnozu özünü doğrultsa, 2015-ci ildə istehsalçılar ümumilikdə 293,1 milyon fərdi kompüter və noutbuk buraxacaq. 2019-cu ildə bu göstəricinin 291,4 milyon ədəd təşkil edəcəyi gözlənilir. 2014-cü ildə bazarda pul ifadəsində 0,8 faizlik (201 milyard dollar) azalma qeydə alınıb və bu il daha 6,9 faiz aşağı düşəcək. Mütəxəssislərin proqnozuna görə, dörd ildən sonra qlobal fərdi kompüterlər sahəsində mədaxil 175 milyard dollaradək azalacaq.
Kompüter bazarında tələbatla bağlı vəziyyət 2014-cü ilin ikinci yarısında yaxşılaşsa da, bu, qismən pərakəndə satış və distributorların ehtiyatda "Windows 8.1 with Bing" əsaslı çoxlu sistemlər toplaması ilə əlaqədar olub.
Bazara əlavə mənfi təsiri dünyada dolların bahalaşması göstərir. Bu səbəbdən məhsullar ABŞ-dan kənarda bahalaşır.
"IDC" mütəxəssislərinin qənaətinə görə, "Microsoft" və "Intel" bazara yeni məhsullar çıxarmayınca, tələbat artmayacaq, - "DailyComm" yazır.
2015-ci ildə dünya fərdi kompüterlər bazarının həcmi 5 faiz azalacaq
"International Data Corporation" (IDC) analitik şirkətinin proqnozuna görə, 2015-ci ildə dünyada kompüter tədarükünün həcmi 4,9 azalacaq, halbuki əvvəlki proqnoz 3,3 faizə bərabər olub. 2016- 2017-ci illər üçün proqnoz, əksinə, bir qədər artırılıb və dünya fərdi kompüterlər bazarının həcminin minimal artımını nəzərdə tutur."IDC"-nin proqnozu özünü doğrultsa, 2015-ci ildə istehsalçılar ümumilikdə 293,1 milyon fərdi kompüter və noutbuk buraxacaq. 2019-cu ildə bu göstəricinin 291,4 milyon ədəd təşkil edəcəyi gözlənilir. 2014-cü ildə bazarda pul ifadəsində 0,8 faizlik (201 milyard dollar) azalma qeydə alınıb və bu il daha 6,9 faiz aşağı düşəcək. Mütəxəssislərin proqnozuna görə, dörd ildən sonra qlobal fərdi kompüterlər sahəsində mədaxil 175 milyard dollaradək azalacaq.
Kompüter bazarında tələbatla bağlı vəziyyət 2014-cü ilin ikinci yarısında yaxşılaşsa da, bu, qismən pərakəndə satış və distributorların ehtiyatda "Windows 8.1 with Bing" əsaslı çoxlu sistemlər toplaması ilə əlaqədar olub.
Bazara əlavə mənfi təsiri dünyada dolların bahalaşması göstərir. Bu səbəbdən məhsullar ABŞ-dan kənarda bahalaşır.
"IDC" mütəxəssislərinin qənaətinə görə, "Microsoft" və "Intel" bazara yeni məhsullar çıxarmayınca, tələbat artmayacaq, - "DailyComm" yazır.
Baxış sayı: 1699
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır