12px13px15px17px
Tarix:16/03/15

Avtomobil qəzaları ilə bağlı arayışların elektron qaydada alınmasına görə təkliflər hazırlanacaq

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri avtomobil qəzaları ilə bağlı arayışların elektron qaydada alınmasına görə təkliflərin hazırlanması istiqamətində razılığa gəliblər. Arayışların elektron qaydada alınması həm sığorta şirkətlərinin, həm də vətəndaşların işlərini xeyli asanlaşdıracaq.
 
Üstəlik, sözügedən qərar ölkədə Elektron hökumət, xidmətlərin elektronlaşdırılması istiqamətində aparılan işlərə dəstək kimi qəbul olunur. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
 
Qurumdan bildirilib ki, assosiasiyanın İcbari sığorta komitəsinin iclası keçirilib. İclasda “PAŞA Sığorta”, “AXA MBASK”, “İpək Yolu Sığorta”, “Standard İnsurance”, “AtaSığorta”, “Atəşgah Sığorta”, “Alfa Sığorta”, “Azsığorta” və “Xalq Sığorta” şirkətlərinin nümayəndələri iştirak edib.
 
Toplantı iştirakçıları əsasən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nı müzakirə edib.
 
Qərara alınıb ki, planda nəzərdə tutulmuş “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi, sığorta şikayətlərinin açıq araşdırılması, avtomobil qəzaları ilə bağlı elektron arayışların alınması, kadr hazırlığının gücləndirilməsi məsələlərinə dair təkliflər və layihələr, həmçinin onların icra planları hazırlansın.
 
 
SEYMUR



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024