Tarix:16/03/15
2013-cü ildə yeni domenlərin illik hesablamada artımı 18,5 milyon ad və ya 7,3 faiz, 2012-ci ildə 26,6 milyon və ya 11,8 faiz olub.
2014-cü ilin dördüncü rübündə ".COM” və “.NET” qeydiyyatçılarının ümumi bazası 130,6 milyon domen adı (.COM - 115,6 milyon, .NET - 15 milyon) təşkil edib. İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə edilib. Maraqlıdır ki, 2012-2011-ci illərdə bu göstərici müvafiq olaraq 8 və 7,9 milyona bərabər olub.
Qeydiyyatdan keçən adların sayına görə ən böyük domen zonalarında vəziyyət üçüncü rüblə müqayisədə bir qədər dəyişib. Belə ki, “.NL” (Niderland) domeni ".info” domeninin ən böyük domenlər reytinqinin aşağı pilləsinə yerini dəyişməsi nəticəsində onuncu yerdən doqquzuncu yerə enib.
Yüksəksəviyyəli 10 böyük domenlərin sayından ".TK” rüblük hesablamada 4 faizlik sürətli artım nümayiş etdirib.
2014-cü ilin dördüncü rübünün sonunda özək zonada 478 yeni domen yaranıb ki, onun da 65-i həmin ilin dördüncü rübü ərzində verilib. Yeni yüksəksəviyyəli domendə qeydiyyatların sayı 3,6 milyon və ya qeydiyyatın ümumi sayının 2,3 faizini təşkil edib, - "IT Expert” yazır.
Dünyada qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır
“Verisign” şirkətinin domen sənayesinin inkişafına (Domain Name Industry Brief) dair hesabatına əsasən, 2014-cü ilin dördüncü rübündə internetdə dörd milyon yeni domen adı (2014-cü ilin üçüncü rübü ilə müqayisədə 1,3 faiz artım) qeydiyyatdan keçib və 31 dekabr 2014-cü ilə olan vəziyyətə görə, onların sayı 288 milyona çatıb. Dünyada domen adlarının illik artımı 16,9 milyon və ya 6,2 faiz artıb.2013-cü ildə yeni domenlərin illik hesablamada artımı 18,5 milyon ad və ya 7,3 faiz, 2012-ci ildə 26,6 milyon və ya 11,8 faiz olub.
2014-cü ilin dördüncü rübündə ".COM” və “.NET” qeydiyyatçılarının ümumi bazası 130,6 milyon domen adı (.COM - 115,6 milyon, .NET - 15 milyon) təşkil edib. İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə edilib. Maraqlıdır ki, 2012-2011-ci illərdə bu göstərici müvafiq olaraq 8 və 7,9 milyona bərabər olub.
Qeydiyyatdan keçən adların sayına görə ən böyük domen zonalarında vəziyyət üçüncü rüblə müqayisədə bir qədər dəyişib. Belə ki, “.NL” (Niderland) domeni ".info” domeninin ən böyük domenlər reytinqinin aşağı pilləsinə yerini dəyişməsi nəticəsində onuncu yerdən doqquzuncu yerə enib.
Yüksəksəviyyəli 10 böyük domenlərin sayından ".TK” rüblük hesablamada 4 faizlik sürətli artım nümayiş etdirib.
2014-cü ilin dördüncü rübünün sonunda özək zonada 478 yeni domen yaranıb ki, onun da 65-i həmin ilin dördüncü rübü ərzində verilib. Yeni yüksəksəviyyəli domendə qeydiyyatların sayı 3,6 milyon və ya qeydiyyatın ümumi sayının 2,3 faizini təşkil edib, - "IT Expert” yazır.
Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib