Nazir: “Azərbaycan sübut etdi ki, neftin ucuzlaşması onun həyata keçirdiyi iqtisadi siyasətə mane olmayacaq”
Bunu bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, hazırda neft qiymətlərinin aşağı düşməsi investorlar arasında müəyyən təşviş yaradıb: “Bəzi ölkələrdə baş verən böhran bir daha göstərdi ki, hamı neftdən asılılığı azaltmalıdır. Azərbaycan da buna uyğun addım atmalıdır”.
Nazir deyib ki, hazırda Azərbaycanda İKT sektorunun inkişafı yüksək qiymətləndirilir: “Azərbaycan internetin inkişafı baxımından MDB ölkələri arasında liderlər sırasındadır”.
Onun sözlərinə görə, Azərbaycan 2012-ci ildə 41 mln. ABŞ dolları həcmində İKT məhsulu ixrac edib.
“Azərbaycan bazarı kiçikdir. Bu isə xarici investroların Azərbaycana cəlb edilməsində və ölkəmizdən ixrac olunan məhsulları xarici bazarlara çıxarılmasında müəyyən çətinliklər yaradır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bunun üzərində işləyirik. Azad ticarət qurulmalı və bununla bağlı modellər işlənilməlidir. Bu həm bizim bazarı, həm də qonşu ölkələrin bazarlarını da xeyli genişləndirəcək”, - deyə Ə. Abbasov bildirib.
Baxış sayı: 600
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır