12px13px15px17px
Tarix:17/03/15

“WhatsApp” 1 milyarddan çox yüklənib

“Andorid” əməliyyat sisteminin idarəetməsi ilə işləyən bir milyarddan çox qurğu istifadəçisi populyar “WhatsApp” messencerini yükləyib. Bu barədə “Google Play” əlavələr mağazasının dərc etdiyi rəsmi statistikada deyilir.  
 
Lakin bu, messencerdən dünyada bir milyard nəfərin istifadə etməsi kimi başa düşülməməlidir. Əlavənin real istifadəçi bazası hər gün 30 milyard məlumat göndərən 700 milyon istifadəçi təşkil edir.  
 
Qeyd olunur ki, əlavənin inkişafında növbəti uğur aktiv istifadəçi sayının 1 milyarda çatdırılması olacaq. Şirkət nümayəndələri ümid edirlər ki, bu göstəriciyə bir il ərzində nail olunacaq.
 
“WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti “Facebook” sosial şəbəkəsi 19 milyon dollara satın alıb, - “3DNewsyazır. 





Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024