Tarix:17/03/15
Bir neçə gün öncə Rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədovla görüşən, sözügedən layihəni reallaşdıran Yaponiyanın "Fujikura" şirkətinin nümayəndələri- Orta Şərq üzrə Baş direktoru Hideto Otsuka, texniki direktor Hiroşi Takada və region nümayəndələri Xalid Cavadov, Sebahaddin Uğur daha sonra Sumqayıt Telekommunikasiya Qovşağında olublar.
Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov layihənin tətbiqi və səmərəli nəticələrindən danışaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom"İB-nin dəstəyi ilə rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçiriləcəyini dedi. Şirkət nümayəndələri öz növbəsində bu layihənin daha da genişləndirilməsi istiqamətində verilən təkliflərə uyğun layihələrin yüksək səviyyədə reallaşacağını əminliklə bildirdilər. Şirkətin regional müdiri Xalid Cavadov bildirib ki, hazırda bütün öndə gedən ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.
"Bu zaman müştərilərin sürətli internet şəbəkəsinə, IPTV, VoD, videooyunlar, interaktiv oyunlara, IP telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir. Yeni texnologiyanın tətbiqi ilə istifadəçilərə yüksəksürətli internet xidməti, telefon, televiziya və digər xidmətlərin verilməsi təmin edilib.Layihənin həyata keçirilməsi nəticəsində hər bir mənzilə çəkilən optik kabellə telefon rabitəsi ilə yanaşı, genişzolaqlı internet xidmətləri, IP TV və bütün multimedia xidmətlərinin göstərilməsi mümkündür".
Qeyd edək ki, şəhər rabitəsinin müasir texnologiya ilə qurulması ilə yanaşı, stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb. Bundan başqa Sumqayıt TKQ-nin inzibati binası ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub. Hazırda Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən 62 mindən çox abunəçiyə rabitə xidməti göstərilir. Yaxın vaxtlarda şəhərin Şirvan, Dəmir Yolu, Tuğ Zavod,Yaşıl dərə Novxanı bağları, Stansiya Sumqayıt qəsəbələrində ONU avadanlıqları qurulacaq. Bütün stansiyalar üzrə ADSL portlarının 20 min artırılması planlaşdırılır. Yeri gəlmişkən, qeyd edək ki, Sumqayıt TKQ "Aztelekom" İB-nin ADSL abunəçilərinin sayına və inkişaf sürətinə görə birinci qovşaqdır.
Rəvan SOLTANOV
Sumqayıtda “Hər evə qədər optika” layihəsi uğurla reallaşdırılır
Sumqayıt Cənubi Qafqazın ilk region şəhəridir ki, "Hər evə qədər optika layihəsi reallaşıb. Artıq pilot olaraq şəhərin 14-cü məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində sözügedən layihə tam olaraq tətbiq olunub.Bir neçə gün öncə Rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədovla görüşən, sözügedən layihəni reallaşdıran Yaponiyanın "Fujikura" şirkətinin nümayəndələri- Orta Şərq üzrə Baş direktoru Hideto Otsuka, texniki direktor Hiroşi Takada və region nümayəndələri Xalid Cavadov, Sebahaddin Uğur daha sonra Sumqayıt Telekommunikasiya Qovşağında olublar.
Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov layihənin tətbiqi və səmərəli nəticələrindən danışaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom"İB-nin dəstəyi ilə rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçiriləcəyini dedi. Şirkət nümayəndələri öz növbəsində bu layihənin daha da genişləndirilməsi istiqamətində verilən təkliflərə uyğun layihələrin yüksək səviyyədə reallaşacağını əminliklə bildirdilər. Şirkətin regional müdiri Xalid Cavadov bildirib ki, hazırda bütün öndə gedən ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.
"Bu zaman müştərilərin sürətli internet şəbəkəsinə, IPTV, VoD, videooyunlar, interaktiv oyunlara, IP telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir. Yeni texnologiyanın tətbiqi ilə istifadəçilərə yüksəksürətli internet xidməti, telefon, televiziya və digər xidmətlərin verilməsi təmin edilib.Layihənin həyata keçirilməsi nəticəsində hər bir mənzilə çəkilən optik kabellə telefon rabitəsi ilə yanaşı, genişzolaqlı internet xidmətləri, IP TV və bütün multimedia xidmətlərinin göstərilməsi mümkündür".
Qeyd edək ki, şəhər rabitəsinin müasir texnologiya ilə qurulması ilə yanaşı, stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb. Bundan başqa Sumqayıt TKQ-nin inzibati binası ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub. Hazırda Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən 62 mindən çox abunəçiyə rabitə xidməti göstərilir. Yaxın vaxtlarda şəhərin Şirvan, Dəmir Yolu, Tuğ Zavod,Yaşıl dərə Novxanı bağları, Stansiya Sumqayıt qəsəbələrində ONU avadanlıqları qurulacaq. Bütün stansiyalar üzrə ADSL portlarının 20 min artırılması planlaşdırılır. Yeri gəlmişkən, qeyd edək ki, Sumqayıt TKQ "Aztelekom" İB-nin ADSL abunəçilərinin sayına və inkişaf sürətinə görə birinci qovşaqdır.
Rəvan SOLTANOV
Baxış sayı: 1557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı