Tarix:18/03/15
Akademiyadan bildirilib ki, ikigünlük seminardan öncə akademiya ilə tanışlıq, aparatın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevlə görüş olub. Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın inkişaf strategiyaları, təklif olunan İnnovasiya Fondu, Biznes İnkubator və texnoparkın yaradılması barədə iştirakçılara məlumat verib, AMEA-nın bu sahədə gördüyü işlərdən danışıb. Sonra türkiyəli professor, Erciyes Texnoparkının direktoru Bilgin Yazlık seminarda Türkiyənin təcrübəsindən bəhs edən təqdimatla çıxış edib.
Seminarda TÜBİTAK-ın akademik layihələrə maliyyə dəstəyi ayırmasından, dövlətin bu sahəyə qayğısından, alimlərin müxtəlif tipli müəssisələrlə birgə layihələrində hər iki tərəfin maraqları və alimin tədqiqatı qorunmaqla əməkdaşlığın inkişaf etdirilməsindən, düzgün strategiyadan istifadə etməklə bu sahədə daha çox patent almağın mümkünlüyündən danışılıb.
Professor müxtəlif əlverişli yollar araşdırılmaqla rəhbəri olduğu texnopark əsasında Azərbaycanda yeni texnoparklar modeli yaratmağı təklif edib.
Tədbirdə Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, akademiyanın elmi müəssisə və təşkilatlarının innovasiya üzrə məsul şəxsləri, eləcə də Erciyes Texnoparkının direktor müavini Səlahəddin Gönülatəş fikir mübadiləsi apararaq innovativ-istehsalat kompleksi olan bu parkların elmi nailiyyətləri sərgiləmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər. Bu sahənin inkişafı istiqamətində müxtəlif təkliflərin hazırlanmasının vacibliyini vurğulayıblar.
Növbəti görüşlərdən birində Erciyes Texnoparkı ilə anlaşma memorandumunun, tədbirlər planının hazırlanmasının nəzərdə tutulduğu bildirilib. Daha sonra qonaqlar üçün AMEA Təcrübə-Sənaye Zavodu ilə tanışlıq məqsədilə ekskursiya təşkil edilib.
Həqiqət İSABALAYEVA
Türkiyənin Erciyes Texnoparkı əsasında Azərbaycanda yeni texnoparklar modelinin yaradılması təklif edilib
AMEA Rəyasət Heyəti aparatında İnnovasiya şöbəsinin təşəbbüsü ilə seminar keçirilib.Akademiyadan bildirilib ki, ikigünlük seminardan öncə akademiya ilə tanışlıq, aparatın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevlə görüş olub. Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın inkişaf strategiyaları, təklif olunan İnnovasiya Fondu, Biznes İnkubator və texnoparkın yaradılması barədə iştirakçılara məlumat verib, AMEA-nın bu sahədə gördüyü işlərdən danışıb. Sonra türkiyəli professor, Erciyes Texnoparkının direktoru Bilgin Yazlık seminarda Türkiyənin təcrübəsindən bəhs edən təqdimatla çıxış edib.
Seminarda TÜBİTAK-ın akademik layihələrə maliyyə dəstəyi ayırmasından, dövlətin bu sahəyə qayğısından, alimlərin müxtəlif tipli müəssisələrlə birgə layihələrində hər iki tərəfin maraqları və alimin tədqiqatı qorunmaqla əməkdaşlığın inkişaf etdirilməsindən, düzgün strategiyadan istifadə etməklə bu sahədə daha çox patent almağın mümkünlüyündən danışılıb.
Professor müxtəlif əlverişli yollar araşdırılmaqla rəhbəri olduğu texnopark əsasında Azərbaycanda yeni texnoparklar modeli yaratmağı təklif edib.
Tədbirdə Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, akademiyanın elmi müəssisə və təşkilatlarının innovasiya üzrə məsul şəxsləri, eləcə də Erciyes Texnoparkının direktor müavini Səlahəddin Gönülatəş fikir mübadiləsi apararaq innovativ-istehsalat kompleksi olan bu parkların elmi nailiyyətləri sərgiləmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər. Bu sahənin inkişafı istiqamətində müxtəlif təkliflərin hazırlanmasının vacibliyini vurğulayıblar.
Növbəti görüşlərdən birində Erciyes Texnoparkı ilə anlaşma memorandumunun, tədbirlər planının hazırlanmasının nəzərdə tutulduğu bildirilib. Daha sonra qonaqlar üçün AMEA Təcrübə-Sənaye Zavodu ilə tanışlıq məqsədilə ekskursiya təşkil edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 696
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır