Tarix:18/03/15
Tədbir açıq elan olunduqdan sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Məlumatda qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib.
Leyla Əliyevanın rəhbərliyi ilə ölkəmizdə növbənöv ağaclar əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, ekoloji tədbirlər və müsabiqələr keçirilib, sənaye və məişət tullantılarının azaldılmasına yönəlik layihələr gerçəkləşdirilib.
“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib
Dünən Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC-də “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiya “Azərkosmos” ASC-nin 120 əməkdaşının iştirakı ilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində baş tutub. “Azərkosmos” əməkdaşları mərkəzin ərazisində iydə, akasiya, söyüd və şam ağacları əkib, ərazidəki yaşıllıqlara qulluq edib, abadlıq işləri aparıblar. Tədbirin keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.Tədbir açıq elan olunduqdan sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Məlumatda qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib.
Leyla Əliyevanın rəhbərliyi ilə ölkəmizdə növbənöv ağaclar əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, ekoloji tədbirlər və müsabiqələr keçirilib, sənaye və məişət tullantılarının azaldılmasına yönəlik layihələr gerçəkləşdirilib.
Baxış sayı: 690
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır