Tarix:19/03/15
Ən çox layihə "Korporativ saytlar" nominasiyasında qeydiyyata alınıb, ən az isə hələlik "Dövlət saytı" nominasiyasındadır.
Ənənəvi olaraq, mükafat bir çox layihə, sayt və proqram təminatlarının başlanğıcının platforması kimi çıxış edir. Orta hesabla startapların 30 faizi birinci dəfə, məhz mükafat çərçivəsində özlərini tanıtdırırlar. Mükafatın təşkilatçıları cari ildə elektron kommersiya sahəsində layihələrin sayının artırılmasını müşahidə edirlər.
Xatırladaq ki, sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu cari ilin aprelin 24-dək davam edəcək.
Mayın 4-dən "NETTY"-nin nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi həyata keçiriləcək. Şura hər nominasiya üzrə üç nominant seçir. Virtual münsiflər heyəti isə "Sosial şəbəkələrin seçimi" nominasiyasında iştirakçıların ümumi sayından üç nominant seçir.
Mayın 5-də "NETTY" Akademiyasının səsverməsi başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edəcək. Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. "NETTY 2015" nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı "NETTY" heykəlciyi - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasimin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.
Ənənəvi olaraq müsabiqə çərçivəsində "Azərbaycan", "Dövlət saytı" , "Elm və təhsil", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis-sayt", "Korporativ sayt", "Elektron kommersiya sahəsində ən yaxşı sayt" "Əyləncə", "İdman", "Şəxsi sayt" nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək.
Müsabiqə çərçivəsində "Mobil qurğular üçün ən yaxşı proqramlar", "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə", "İlin İT hadisəsi" fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək.
Sonuncu nominasiya ilə bağlı qaliblər "Dövlət hakimiyyəti və idarəetmə orqanlarında ən yaxşı İT layihə", "Biznes üçün ən yaxşı İT layihə", "İctimai əhəmiyyətli ən yaxşı İT layihə (təhsil, maliyyə, idman, mədəniyyət və s.)", "Xaricdə, Azərbaycan İT-nin inkişafını nümayiş etdirən İT layihə" istiqamətləri üzrə müəyyən ediləcək.
Cari ildə müsabiqə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət və Turizm nazirliklərinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin partnyorları qismində "BakuTel" sərgisi, "Tabasko Branding Bureau" və "SmartHost" şirkətləri çıxış edirlər.
Qeyd edək ki, "NETTY" Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
CAHANGİR
Artıq 200-dən çox sayt, layihə və proqram təminatı “NETTY 2015”-də iştiraka qəbul edilib
"NETTY 2015" Azərbaycan Milli İnternet Mükafatında iştirakı ilə bağlı ərizələrin qəbulu davam edir. Artıq 200-dən çox sayt, layihə və proqram təminatı iştiraka qəbul edilib.Ən çox layihə "Korporativ saytlar" nominasiyasında qeydiyyata alınıb, ən az isə hələlik "Dövlət saytı" nominasiyasındadır.
Ənənəvi olaraq, mükafat bir çox layihə, sayt və proqram təminatlarının başlanğıcının platforması kimi çıxış edir. Orta hesabla startapların 30 faizi birinci dəfə, məhz mükafat çərçivəsində özlərini tanıtdırırlar. Mükafatın təşkilatçıları cari ildə elektron kommersiya sahəsində layihələrin sayının artırılmasını müşahidə edirlər.
Xatırladaq ki, sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu cari ilin aprelin 24-dək davam edəcək.
Mayın 4-dən "NETTY"-nin nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi həyata keçiriləcək. Şura hər nominasiya üzrə üç nominant seçir. Virtual münsiflər heyəti isə "Sosial şəbəkələrin seçimi" nominasiyasında iştirakçıların ümumi sayından üç nominant seçir.
Mayın 5-də "NETTY" Akademiyasının səsverməsi başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edəcək. Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. "NETTY 2015" nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı "NETTY" heykəlciyi - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasimin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.
Ənənəvi olaraq müsabiqə çərçivəsində "Azərbaycan", "Dövlət saytı" , "Elm və təhsil", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis-sayt", "Korporativ sayt", "Elektron kommersiya sahəsində ən yaxşı sayt" "Əyləncə", "İdman", "Şəxsi sayt" nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək.
Müsabiqə çərçivəsində "Mobil qurğular üçün ən yaxşı proqramlar", "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə", "İlin İT hadisəsi" fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək.
Sonuncu nominasiya ilə bağlı qaliblər "Dövlət hakimiyyəti və idarəetmə orqanlarında ən yaxşı İT layihə", "Biznes üçün ən yaxşı İT layihə", "İctimai əhəmiyyətli ən yaxşı İT layihə (təhsil, maliyyə, idman, mədəniyyət və s.)", "Xaricdə, Azərbaycan İT-nin inkişafını nümayiş etdirən İT layihə" istiqamətləri üzrə müəyyən ediləcək.
Cari ildə müsabiqə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət və Turizm nazirliklərinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin partnyorları qismində "BakuTel" sərgisi, "Tabasko Branding Bureau" və "SmartHost" şirkətləri çıxış edirlər.
Qeyd edək ki, "NETTY" Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
CAHANGİR
Baxış sayı: 1201
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib