Tarix:29/03/15
İnkişaf etmiş ölkələrin statistika qurumları arasında ilk təcrübələrdən sayılan bu texnoloji yeniliyin üstünlüyü məlumatların toplanmasında kağızdan istifadə olunmamasıdır. Statistik məlumatlar planşet tipli tablet kompüterlərdə yerləşdirilmiş cədvəllərə yazılaraq sensorlu ekran vasitəsilə yaddaşa köçürülüb və istənilən internet məkanında xüsusi proqram paketi vasitəsilə birbaşa komitənin server şəbəkəsinin xüsusi ünvanına ötürülüb. Sorğu zamanı səhvlərin buraxılması ehtimalını minimuma endirmək üçün tərtib olunmuş məntiqi nəzarət proqramı vasitəsi ilə sorğunun dolğunluğu yoxlanıb. Serverə daxil olan statistik məlumatlar daha sonra məlumat bazaları fayllarına çevrilərək işlənmə prosesinə qəbul edilir.
Qeyd edək ki, cari ildə bu texnologiyanın mərhələlərlə ev təsərrüfatlarının tədqiqatında və qiymət müşahidəsinin aparılmasında tam tətbiqi nəzərdə tutulub.
CAHANGİR
Dövlət Komitəsi fəaliyyətində informasiya texnologiyalarının tətbiqini genişləndirib
Fevral ayında Azərbaycan Dövlət Statistika Komitəsi BMT-nin Uşaq Fondunun ekspert və metodoloji köməkliyi ilə məhrumiyyətlərə dair sorğunu müasir informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirib. Komitədən verilən məlumata görə, statistik məlumatların yerlərdən real vaxt rejimində daha dolğun, operativ formada qəbul edilib hazırlanması üçün planşet tipli tablet kompüterlərdən istifadə edilib.İnkişaf etmiş ölkələrin statistika qurumları arasında ilk təcrübələrdən sayılan bu texnoloji yeniliyin üstünlüyü məlumatların toplanmasında kağızdan istifadə olunmamasıdır. Statistik məlumatlar planşet tipli tablet kompüterlərdə yerləşdirilmiş cədvəllərə yazılaraq sensorlu ekran vasitəsilə yaddaşa köçürülüb və istənilən internet məkanında xüsusi proqram paketi vasitəsilə birbaşa komitənin server şəbəkəsinin xüsusi ünvanına ötürülüb. Sorğu zamanı səhvlərin buraxılması ehtimalını minimuma endirmək üçün tərtib olunmuş məntiqi nəzarət proqramı vasitəsi ilə sorğunun dolğunluğu yoxlanıb. Serverə daxil olan statistik məlumatlar daha sonra məlumat bazaları fayllarına çevrilərək işlənmə prosesinə qəbul edilir.
Qeyd edək ki, cari ildə bu texnologiyanın mərhələlərlə ev təsərrüfatlarının tədqiqatında və qiymət müşahidəsinin aparılmasında tam tətbiqi nəzərdə tutulub.
CAHANGİR
Baxış sayı: 913
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır