Tarix:30/03/15
İLO orta məktəb şagirdlərinin İKT sahəsində bilik və bacarıqlarının inkişafına yönəldilmiş layihə yarışıdır. Məqsəd respublikanın İT və kompüter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək, orta məktəb şagirdlərinin bu sahədə xəyal güclərini və maraqlarını artırmaq, nəzəri biliklərinin bacarıqları ilə nümayiş etdirilməsini təmin edərək, təcrübə qazanmalarına təkan vermək və inkişaf etməkdə olan Azərbaycanın gələcəyi üçün İKT sahəsi üzrə güclü mütəxəssislərin yetişməsinə imkan yaratmaqdır.
Təşkilat Komitəsindən qeyd edilib ki, məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyat müddəti 20 aprel tarixinə qədər uzadılıb:
"Bu il də yarışda Azərbaycanın müxtəlif zonalarından, müxtəlif məktəblərdən şagirdlər hazırladıqları layihələr ilə iştirak edəcəklər. Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompüterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompüter biliklərinin artmasına yardımçı olmaq, həm də kompüterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir".
Qaydalara əsasən, yarışda yalnız orta məktəb şagirdləri iştirak edə bilərlər:
"Onlayn qeydiyyatdan keçdikdən sonra əsas menyudan "HESABIM" bölməsinə girərək, tələb olunan bütün məlumatların doldurulması lazımdır. " PROFİLİM" bölməsi qeydiyyat tarixi bitənə qədər aktiv olacaq və istənilən dəyişikliyi etmək mümkün olacaq".
Yarış "Veb səhifə", "Animasiya", "Proqramçılıq", "Robot", "Qısa film" kateqoriyaları üzrə təşkil olunur. "Veb səhifə", "Animasiya", "Proqramçılıq" və "Robot" kateqoriyalarında tək və ya qrup şəklində (2 nəfərdən artıq olmamaq şərtilə) iştirak etmək olar. "Qısa film" kateqoriyasında isə komanda şəklində (5 nəfərdən artıq olmamaq şərtilə) qatılmaq mümkündür. İstər tək, istərsə də qrup şəklində hazırlanan və qalib gələn layihəyə bir mükafat və bir medal veriləcək.
Qrupda iştirak edəcək şagirdlər eyni kateqoriyadan olmaq şərtilə fərqli məktəblərdən ola bilərlər. Layihələr yalnız qatılan şəxsin (və ya şəxslərin) iştirakı ilə hazırlanmış olmalıdır. Layihələrdə qanunlara zidd, siyasi mövzulara, həddən artıq şiddətə, ədəbsiz, 18+ mövzulara, tənqidə, təhqirə, hər hansı bir şəxsiyyətin alçaldılmasına yer verilməməlidir. Bütün kateqoriyalardan istənilən mövzuda layihə hazırlamaq olar. "Animasiya" və "Qısa film" 5 dəqiqədən çox olmamalıdır.
Finala seçilən layihələr aprel ayında yarışın internet səhifəsində elan olunacaq. Finala qalan iştirakçılar finalçılar elan edildikdən sonra "www.ilo.az"-da veriləcək ölçüdə poster hazırlamalı və çap etdirməlidirlər. Layihələr "www.ilo.az"-da hər kateqoriya haqqında məlumatların verildiyi səhifədə göstərilən kriteriyalar üzrə qiymətləndiriləcək. Layihə qiymətləndirilərkən stendin dizaynı da hesablanır. Ona görə də stendinizi bəzəyərək yoxlayanların zövqünü oxşamaq sizə qalır.
Finala seçilən layihələr Qafqaz Universitetində təqdimat lövhələrini (stend) qurmalıdırlar. Təqdimat lövhəsi yarışı ziyarət edən insanların layihə haqqında məlumata sahib ola biləcəyi məlumatları əks etdirməlidir.
Layihəsi finala çıxan şagirdlər layihənin özü + iştirakçıların şəkilləri DVD-yə yüklənmiş halda; layihəyə aid bütün faylların və layihəni hazırladığı proqramların yüklənmiş olduğu kompüteri; çap olunmuş posteri (+ posteri yapışdırmaq üçün ləvazimatlar) gətirməlidirlər.
Həqiqət İSABALAYEVA
İnformatika Layihə Olimpiadasına qeydiyyat müddəti uzadılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, Qafqaz Universiteti və "İstək" liseyinin təşkilatçılığı və sponsorluğu ilə artıq VIII İnformatika Layihə Olimpiadası (ILO) keçirilir.İLO orta məktəb şagirdlərinin İKT sahəsində bilik və bacarıqlarının inkişafına yönəldilmiş layihə yarışıdır. Məqsəd respublikanın İT və kompüter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək, orta məktəb şagirdlərinin bu sahədə xəyal güclərini və maraqlarını artırmaq, nəzəri biliklərinin bacarıqları ilə nümayiş etdirilməsini təmin edərək, təcrübə qazanmalarına təkan vermək və inkişaf etməkdə olan Azərbaycanın gələcəyi üçün İKT sahəsi üzrə güclü mütəxəssislərin yetişməsinə imkan yaratmaqdır.
Təşkilat Komitəsindən qeyd edilib ki, məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyat müddəti 20 aprel tarixinə qədər uzadılıb:
"Bu il də yarışda Azərbaycanın müxtəlif zonalarından, müxtəlif məktəblərdən şagirdlər hazırladıqları layihələr ilə iştirak edəcəklər. Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompüterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompüter biliklərinin artmasına yardımçı olmaq, həm də kompüterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir".
Qaydalara əsasən, yarışda yalnız orta məktəb şagirdləri iştirak edə bilərlər:
"Onlayn qeydiyyatdan keçdikdən sonra əsas menyudan "HESABIM" bölməsinə girərək, tələb olunan bütün məlumatların doldurulması lazımdır. " PROFİLİM" bölməsi qeydiyyat tarixi bitənə qədər aktiv olacaq və istənilən dəyişikliyi etmək mümkün olacaq".
Yarış "Veb səhifə", "Animasiya", "Proqramçılıq", "Robot", "Qısa film" kateqoriyaları üzrə təşkil olunur. "Veb səhifə", "Animasiya", "Proqramçılıq" və "Robot" kateqoriyalarında tək və ya qrup şəklində (2 nəfərdən artıq olmamaq şərtilə) iştirak etmək olar. "Qısa film" kateqoriyasında isə komanda şəklində (5 nəfərdən artıq olmamaq şərtilə) qatılmaq mümkündür. İstər tək, istərsə də qrup şəklində hazırlanan və qalib gələn layihəyə bir mükafat və bir medal veriləcək.
Qrupda iştirak edəcək şagirdlər eyni kateqoriyadan olmaq şərtilə fərqli məktəblərdən ola bilərlər. Layihələr yalnız qatılan şəxsin (və ya şəxslərin) iştirakı ilə hazırlanmış olmalıdır. Layihələrdə qanunlara zidd, siyasi mövzulara, həddən artıq şiddətə, ədəbsiz, 18+ mövzulara, tənqidə, təhqirə, hər hansı bir şəxsiyyətin alçaldılmasına yer verilməməlidir. Bütün kateqoriyalardan istənilən mövzuda layihə hazırlamaq olar. "Animasiya" və "Qısa film" 5 dəqiqədən çox olmamalıdır.
Finala seçilən layihələr aprel ayında yarışın internet səhifəsində elan olunacaq. Finala qalan iştirakçılar finalçılar elan edildikdən sonra "www.ilo.az"-da veriləcək ölçüdə poster hazırlamalı və çap etdirməlidirlər. Layihələr "www.ilo.az"-da hər kateqoriya haqqında məlumatların verildiyi səhifədə göstərilən kriteriyalar üzrə qiymətləndiriləcək. Layihə qiymətləndirilərkən stendin dizaynı da hesablanır. Ona görə də stendinizi bəzəyərək yoxlayanların zövqünü oxşamaq sizə qalır.
Finala seçilən layihələr Qafqaz Universitetində təqdimat lövhələrini (stend) qurmalıdırlar. Təqdimat lövhəsi yarışı ziyarət edən insanların layihə haqqında məlumata sahib ola biləcəyi məlumatları əks etdirməlidir.
Layihəsi finala çıxan şagirdlər layihənin özü + iştirakçıların şəkilləri DVD-yə yüklənmiş halda; layihəyə aid bütün faylların və layihəni hazırladığı proqramların yüklənmiş olduğu kompüteri; çap olunmuş posteri (+ posteri yapışdırmaq üçün ləvazimatlar) gətirməlidirlər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1316
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı