12px13px15px17px
Tarix:30/03/15

Elm və innovasiya arasında boşluqların aradan qaldırılması və bu iki istiqamət üzrə körpü yarada biləcək imkanlar müzakirəyə çıxarılıb

Brüssel şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı (EaP) ölkələrinin Tədqiqat və İnnovasiya Paneli üzrə III iclası keçirilib. İclasda Azərbaycanı AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev təmsil edib.
 
Akademiyadan bildirilib ki, səfər çərçivəsində Q.Babayev Avropa İttifaqının tədqiqat və innovasiya sahəsində ən böyük proqramı olan “HORİZON-2020” üzrə müxtəlif layihə rəhbərləri ilə görüşlər keçirib. Sözügedən proqram üzrə layihə və təkliflərə dair müzakirələrdə iştirak edən azərbaycanlı alim AMEA tərəfindən verilən layihələr barədə statistik məlumatlar verib.
 
Tədbir zamanı, həmçinin Avropa Komissiyasının “İnCoNet EaP” layihəsi üzrə tapşırıqların müzakirəsi aparılıb, Şərq Tərəfdaşlığı ölkələrinin bu tapşırıqları icra etmə perspektivləri təhlil edilib.
 
 İclasda elm və innovasiya arasında boşluqların aradan qaldırılması, eləcə də bu iki istiqamət üzrə körpü yarada biləcək imkanlar geniş şəkildə iştirakçılar tərəfindən diskussiya mövzusu olub.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024